Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Çin ABŞ -dan şikayət etdi

Çin elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar Dünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib.

Yenixeber.org xəbər verir ki, bu barədə ÇXR Kommersiya Nazirliyi açıqlama yayıb. Rəsmi Pekin hesab edir ki, Çin istehsalı olan elektromobillərin daxil edilmədiyi vergi güzəştləri proqramı ədalətli rəqabəti pozur və nəticədə Çin məhsullarının satışına mənfi təsir göstərəcək. Nazirlik Vaşinqtonun bu cür addımlarla Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu düşünür.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş inflyasiyanın azaldılması haqqında qanuna əsasən elektromobillərə vergi güzəştləri tətbiq edib. Bir şərtlə ki, elektromobillər Birləşmiş Ştatlarda istehsal olunmalıdır. Bundan başqa, vergi güzəştlərinin tətbiqinin əhatə etdiyi elektromobillər mineral komponentlər və batareya üçün müəyyən tələblərə cavab verməlidir. Bəzi ekspertlər hesab edirlər ki, ABŞ-ın vergi güzəştləri proqramı Çin müəssisələrini tədarük zəncirindən kənarlaşdırmağı hədəfləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam