Kreml Kaxovkada baş verənlərə görə Kiyevi günahlandırır
"Sərhəd rayonlarında hərbi vəziyyətin elan edilməsi imkanının nəzərdən keçirildiyi məlum deyil".
Yenixeber.org: Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Sözçü iddia edib ki, Kaxovka su elektrik stansiyasında baş verənlər Ukraynanın öz təxribatıdır.
"Kaxovskaya SES-dəki vəziyyətin xüsusi əməliyyata təsiri barədə Müdafiə Nazirliyindən soruşmağa dəyər. Putin Müdafiə Nazirliyindən və digər idarələrdən Kaxovskaya SES-dəki vəziyyətlə bağlı hesabatlar alır. Rusiya Kaxovka su elektrik stansiyasına hücumda əli olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir. Kaxovka su elektrik stansiyasında Ukraynanın təxribatı Kiyevin əks-hücum cəhdlərində öz məqsədlərinə çatmaması ilə bağlıdır. Kaxovka su elektrik stansiyasına hücum Kiyevin sifarişi ilə həyata keçirilib, ona görə də bu vəziyyətin nəticələrinə görə tam məsuliyyəti Ukrayna öz üzərinə götürməlidir. Ukraynanın Kaxovka su elektrik stansiyasında təxribatı regionun on minlərlə sakini üçün çox ağır nəticələrə səbəb ola bilər. Məqsədlərindən biri Krımı sudan məhrum etmək, Şimali Krım kanalına suyun verilməsini azaltmaqdır. Krımın su təchizatı üçün müəyyən "təhlükəsizlik marjası" var. Kreml Ukraynanın Rusiyada “çirkli bomba” ilə terror aktı törətmək planlarını şərh etmir", - Peskov iddialarını davam etdirib.