Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Associated Press:"ABŞ-ın hava hücumları İranın yeni nüvə bazasını hədəfə ala bilməyəcək"

Mütəxəssislərin qiymətləndirməsi və İranın nüvə proqramı ilə bağlı qazıntıların yeni peyk şəkillərinə görə, Zaqros dağlarının göbəyində tikilməkdə olan nüvə obyekti elə bir dərinlikdə yerləşir ki, hətta ən qabaqcıl Amerika bombalarının belə ona zərər vura bilməsi ehtimalı azdır.
Yenixeber.org: Amerikanın “Planet Labs-PBC” şirkəti tərəfindən təqdim edilən video və peyk şəkillərinə istinad edən “Associated Press” agentliyi belə xəbər yayıb.
“Nətənz nüvə obyekti yaxınlığında qazıntı işlərinin həcmində əhəmiyyətli dərəcədə artım var. İranın mərkəzi hissəsindəki Zaqros dağlarının mərkəzində bu yeraltı tunellərin qazıntısına 2020-ci ilin sonundan başlanılıb. Amerikanın son bombaları yerin 60 metr dərinliyinə nüfuz etmək qabiliyyətinə malikdir, qazıntıların həcmi isə İranın nüvə proqramı üçün 80-100 metr dərinlikdə qazıntılar apardığını göstərir. Mövcud dəlillərə əsaslanaraq, yeni Nətənz obyektinin dərinliyinin Qum ətrafında yerləşən Fordu yeraltı qurğusundan daha böyük olduğunu təxmin etmək olar. Nətənz yaxınlığında həmçinin, yeni nəsil sentrifuqaların, eləcə də uranın zənginləşdirilməsi üçün yeni məkanın yaradılması məqsədi ilə də qazma işləri aparılır” - məlumatda deyilir.
Bundan əlavə “Associated Press”in məlumatına görə, Tehrandan 225 km cənubda tikilməkdə olan obyekt artıq hava hücumundan müdafiə sistemi ilə qorunmağa başlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam