Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Məhsa Əmininin məzarı dağıdılıb

Son illər ölkəni bürümüş etiraz aksiyalarının simvolu olan Məhsa Əmininin xatirəsinin aşağılanması üçün İran hakimiyyəti bir-birinin ardınca qeyri-insani metodlara əl atır.
Yenixeber.org: Ötən günlərdə hökumət qüvvələri hədə-qorxu və təzyiqlər yolu ilə Məhsa Əmininin məzarı üçün çardaq tikilməsinin qarşısını aldıqdan sonra, hücum nəticəsində onun məzarının bir hissəsi dağıdılıb. Məhsa Əmininin ailəsinin vəkili Saleh Nikbəxt bununla bağlı verdiyi müsahibədə məlumat, onlara ciddi təzyiq göstərildiyini deyib.
“Təəssüflər olsun ki, bazar günü səhəri əvvəllər də eyni əməlləri törətdiyi məlum olan insanlar Məhsa Əmininin adını daşıyan məzara hücum edərək dağıdıblar. Məhsanın valideynlərinin mənə göndərdiyi fotolar da bunu təsdiqləyir. Məhsanın qəbri üzərində çardaq tikilməsinə də mane olublar. Çardağı tikməli olan qaynaqçını dükanının möhürlənəcəyi ilə hədələyərək bu işdən çəkinməyə məcbur ediblər” - Nikbəxt söyləyib.
İran hakimiyyətinin belə metodlarla siyasi mübarizənin simvolunu təhqir etməsi və cəmiyyəti mübarizədən çəkindirməyə çalışması teokratik rejimin öz aqoniyasını uzatmaq cəhdlərindən xəbər verir. Amma xalqın qəzəb selinin qarşısını almaq tarixdə hələ heç bir istibdadçı rejimə müyəssər olmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam