Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Vardanyandan şok iddia:"Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə əsgər qurban verdik"

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ölkə gündəmindən düşmür. Baş nazirin oğlu Aşot Paşinyanın müharibədə öldürülmüş əsgərlərin valideynləri tərəfindən oğurlanması hadisəsi isə bir sıra maraqlı məqamları da üzə çıxarmış oldu.
Yenixeber.org: Məsələn, müxalifət fəalı, tanınmış erməni ictimai xadim Tiqran Vardanyan "Mamul"a verdiyi açıqlamada iddia edib ki, Aşot Paşinyan hələ İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə əsgərin mənasız ölümünə səbəb olubmuş.
- Xatırladım ki, 44 günlük müharibə zamanı Aşot Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə hərbçi qırğına göndərilib,- Vardanuan sensasiyalı fikirlər səsləndirib.
Məlumata görə, oktyabrın 19-da İcevan alayının əsgərləri "yem" kimi istifadə olunub.
- Döyüşçülərimizi qəsdən ətdən sədd edib, "yem”ə çevirib azərbaycanlı hərbçilərin diqqətini əsas məsələdən yayındırdılar. Yəni Aşotiki xilas etmək üçün zərbəni onların üzərinə yönəltdilər.
Həmin mühasirə ərazisinə döyüşçülərimizi göndərəndə, hamı yaxşı bilirdi ki, onların heç biri qeyri-bərabər şəraitdə döyüşərək xilas ola bilməyəcək. Yalnız bir nəfər istisna idi ki, o da Aşot oldu,- Erməni siyasətçi qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam