Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Hirosimada “G7” sammiti başlayır:əsas mövzu Ukraynaya dəstəkdir

Bu gün Yaponiyanın Hirosima şəhərində “G7” ölkələrinin liderləri görüşəcəklər və bu görüşdə bir daha Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə diqqət ayıracaqlar.

Yenixeber.org: Üç gün ərzində - mayın 21-dək şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək: Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti.

Sammitdə Yaponiyanın Baş naziri Fumio Kisida, ABŞ Prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron edəcəklər.

İclasa Avropa İttifaqının nümayəndələri – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunublar. Bundan başqa, sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor adaları İttifaqının liderləri və yüksəkvəzifəli siyasətçilərinin iştirakı gözlənilir.

Bundan əlavə, beynəlxalq təşkilatların - BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatı və İƏİT nümayəndələri dəvət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam