Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Zelenskinin “Avroviziya”da çıxışına icazə verilmədi

Avropa Yayım İttifaqı (EBU) Ukrayna prezidenti Volodimir Zelenskiyə "Avroviziya" mahnı müsabiqəsinin finalında videomüraciətlə çıxış etməyə icazə verməyib. 

Yenixeber.org:Bu barədə "The Times" qəzeti məlumat yayıb. 

100-dən çox yayımçını özündə birləşdirən qurum Zelenskinin çıxış etməsinin müsabiqəni siyasiləşdirə biləcəyini açıqlayıb. 

“Avroviziya" Mahnı Müsabiqəsi yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsiplərə malik beynəlxalq əyləncə şousudur. Onun təməl daşlarından biri də hadisənin siyasətdən kənar olmasıdır. Bu prinsip müsabiqə zamanı siyasi və ya digər bəyanatları qadağan edir. Zelenskinin tələbi təmin edilə bilməz, çünki bu, qaydalara zidd ola bilər”, - təşkilatın rəsmi nümayəndəsi deyib. 

Qeyd edək ki, "Avroviziya"nın final mərhələsi mayın 13-də Liverpolda keçiriləcək. Bu mərhələdə 16 ölkənin təmsilçisi çıxış edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam