Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

O vaxta qədər biz qalib gələcəyik -ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatı haqqında danışıb. 

Yenixeber.org: Zelenski "Euronews"a müsahibəsində insan itkisini qəbuledilməz adlandırıb. 

“Biz əlimizdə olanlarla irəli gedə və uğur qazana bilərik, lakin çox insan itirəcəyik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ daha çox vaxta ehtiyacımız var”, - Ukrayna prezidenti söyləyib. 

Zelenski hesab edir ki, Ukrayna 2024-cü il noyabrın 5-nə planlaşdırılan ABŞ prezident seçkilərinə qədər müharibədə qalib gələ bilər: "Kim bilir seçkilər keçirilən zaman harada olacağıq? İnanıram ki, o vaxta qədər biz qalib gələcəyik". 

Belə ki, prezident Baydenin məğlub olacağı təqdirdə Ukraynanın ABŞ-ın dəstəyini itirməsi məsələsinə münasibət bildirib. Zelenski deyib ki, Ukrayna hələ də ABŞ Konqresində ikitərəfli dəstək alır. 

"Ukrayna ordusu artıq hazırdır, lakin tərəfdaşlardan yardım gözləyirik, çünki ona Ukraynanın tərəfdaşlarından gözlədiyi, xüsusən də zirehli texnika lazımdır", - deyə Zelenski bildirib. 

Ukraynanın dövlət başçısı əlavə edib ki, Rusiya Federasiyası müharibəni dondurmağa ümid edir, ona görə də Ukrayna ordusunun vəzifəsi bunun qarşısını almaqdır. Bundan əlavə, Rusiya raketlərinin ehtiyatları tükənib, artilleriya çatışmazlığı da var. 

“Buna baxmayaraq onların anbarında hələ də çoxlu əşyalar var", - o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam