Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV:İran ABŞ hərbçilərinə hücum etmək üçün Suriyaya silah göndərib

İran hakimiyyəti zəlzələdən sonra Amerika hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım çərçivəsində Suriyaya silah göndərib.

Yenixeber.org: Bu barədə ABŞ-dan sızdığı iddia edilən məxfi sənədlərə istinadla “The Washington Post“ məlumat yayıb.

Qeyd edilib ki, Tehran Suriyaya kiçik silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları göndərib. Sənəddə deyilir ki, bu tədarüklər İraqı tərk edən konvoylar tərəfindən həyata keçirilib.

Nəşrin məlumatına görə, silahların tədarükü zəlzələdən bir gün sonra başlayıb. İraq tərəfi “The Washington Post“ qəzetinə bu məlumatları təkzib edib.

Pentaqondakı mənbə sənədlərin həqiqiliyini təsdiqləməkdən imtina edib, lakin onlarda təsvir edilən fəaliyyətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun keçmişdə etdiklərinə uyğun olduğunu iddia edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam