Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Rusiya təcavüzü 2100 hərbçimizin həyatına son qoyub”

 

Bu gün Ukraynanın müstəqilliyinin 24-cü ildönümüdür.

 

"Xeberinfo.com":   APA-nın  verdiyi məlumata görə, əsas bayram tədbirləri Kiyevin mərkəzindəki Kreşşatikdə təşkil olunub. Burada 2,3 min əsgərin iştirakı ilə Müstəqillik Marşı keçirilib.   

 

Prezident Pyotr Poroşenko Müstəqillik Marşında nitq söyləyib. O, çıxışının çox hissəsini Donbasdakı müharibəyə həsr edib. P. Poroşenko Rusiya təcavüzü nəticəsində indiyə qədər 2100 Ukrayna hərbçisinin həlak olduğunu deyib: “Müstəqillik Günü İlovaysk ətrafındakı dəhşətli faciənin ildönümü ilə üst-üstə düşür. Bu faciə məhz Rusiya qoşunlarının Ukrayna ərazisinə birbaşa müdaxiləsinin nəticəsi idi. Düz bir il vaxt keçib, amma bu yara sağalmayıb, ağrı keçməyib. Ümumən isə qonşu dövlətin təcavüzü təxminən 2100 döyüşçümüzün həyatına son qoyub”. (Xatırladaq ki, bir il əvvəl Ukrayna qoşunları Donetsk vilayətinin İlovaysk şəhəri ətrafında mühasirəyə düşüb. Nəticədə 366 hərbçi həlak olub, 429-u yaralanıb.)        

 

P. Poroşenko bildirib ki, hazırda Donbasın işğal olunmuş ərazilərində təxminən 40 min nəfər silahlı var ki, onlardan 9 mini Rusiya hərbçiləridir. Ukrayna sərhədinə cəmləşdirilmiş Rusiya ordu hissələri isə 50 min nəfərdən ibarətdir. Dövlət başçısı Rusiyanın Ukraynanın dərinliklərinə birbaşa hərbi müdaxilə ideyasından vaz keçmədiyini söyləyib. O, Ukraynada həyata keçirilən 6 səfərbərlik zamanı 210 min nəfərin hərbi xidmətə çağırıldığını nəzərə çatdırıb. Prezident silahlı qüvvələrin yeni hərbi texnika və vasitələrlə təminatının davam etdiyini, ilin sonuna qədər orduya daha 300 ədəd zirehli hərbi texnika, 400 hərbi maşın, 30 min raket və döyüş sursatı veriləcəyini açıqlayıb.

 

P. Poroşenko çıxışından sonra Müstəqillik meydanına toplaşan insanlarla söhbət edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam