Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ukraynanın şərqində qanlı döyüş gedir

 

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində - antiterror əməliyyatının keçirildiyi zonada ağır itki verib.
"Xeberinfo.com": APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya ilə həmsərhəd Luqansk vilayətinin Zelyonopolye kəndinin ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində çoxlu sayda Ukrayna əsgəri həlak olub və yaralanıb.
Antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov faktı təsdiqləsə də, həlak olanların və yaralananların dəqiq sayını söyləməyib. O, bu haqda daha sonra məlumat veriləcəyini söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko isə itkilərin dəqiqləşdirildiyini və axşam dəqiq rəqəmin açıqlanacağını bildirib.
Maydan hərəkatının tanınmış fəallarından olan Vladimir Parasyuk isə sosial şəbəkədə hadisənin detallarını açıqlayıb: “Bu gün səhər saat 5-də Luqansk vilayətinin Zelyonopolye kəndi yaxınlığında silahlılar bizim 24-cü motoatıcı briqadamızın uşaqlarını atəşə tutublar. Çoxlu sayda ölən və yaralanan var. Rabitə yoxdur, hər şey yanıb”.
V. Parasyuk qeyri-rəsmi məlumatlara əsasən 30-a yaxın əsgərin həlak olduğunu, 100-dən çox əsgərin yaralandığını bildirib.
Başqa bir informasiyaya əsasən bu gecə Rusiya istiqamətindən, Ukrayna sərhədinin nəzarətsiz qalan hissəsindən Luqansk vilayətinə xeyli hərbi texnika və canlı qüvvə daxil olub. Belə ki, şahidlər separatçılara dəstək üçün Rusiyadan 6 tank, 6 “BTR”, 2 “Qrad” qurğusu və silahlı insanlarla dolu 8 ədəd “Kamaz” avtomobilinin Luqanska daxil olduğunu deyiblər.
Xatırladaq ki, Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi uğurlu əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıblar. İndi onlar əsasən Luqansk və Donetsk şəhərlərində və bu şəhərlərin ətrafında cəmləşiblər. Donetsk və Luqansk şəhərlərində çoxlu sayda əhalinin yaşaması Ukrayna ordusunun burada hərbi aviasiya və ağır artilleriyadan istifadə etməsini çətinləşdirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam