Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Torpaq sürüşməsi nəticəsində 2100 nəfər həlak oldu

Əfqanıstanda torpaq sürüşməsi: 2100 ölü

 

 

     "xeberinfo.com": Məlumata görə, bu barədə RİA Novosti Reuters-ə istinadən xəbər yayıb.
Torpaq sürüşməsi cümə günü yerli vaxtla təxminən saat 13:00-da dağların ətəyində yerləşən Xobo Barik qışlağında baş verib. 100-ə yaxın adam xilas edilib və xəstəxanalara yerləşdirilib. Zərər çəkələrin axtarışı davam edir.
Həlak olanlar arasında qadınlar və uşaqlar var. Məlumata görə, kənddə minə yaxın ailə yaşayırmış, ən azı 300 ev zədələnib.
BMT bəyan edib ki, faciə nəticəsində 4 mindən artıq insan evsiz-eşiksiz qalıb.
Bir az əvvəl hakimiyyət ölkənin şimal-şərqində baş vermiş torpaq sürüşməsinin qurbanalrının sayının 2,5 minə çatacağını bəyan etmişdi.
Əfqanıstanda sellər və torpaq sürüşmələri müntəzəm olaraq minlərlə insanını ölümünə səbəb olur. Aprelin sonlarında güclü leysan yağışlarının yağması nəticəsində ölkənin şimalında yerləşən Bəlx vilayətində dağlardan güclü selin gəlməsinə səbəb olmuşdu. Nəticədə Məzari-Şərif şəhərinin aeroportu su altında qalmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam