Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

ABŞ konqresmenləri COVID-19-un mənşəyini araşdırırlar

 

Hazırda Çin laboratoriyasından virus sızması fərziyyəsi araşdırılır.

Yenixeber.org-un “Associated Press”-ə istinadən verdiyi məlumata görə, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası, Bayden administrasiyasının rəsmilərindən məlumat almaq üçün koronavirusun mənşəyi ilə bağlı araşdırmaya başlayıb.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Koronavirus Pandemiyası Üzrə Komitəsi bir neçə şəxsdən, o cümlədən prezident Co Baydenin keçmiş baş tibbi müşaviri Entoni Fauçidən məlumat istəyib. Hazırda Çin laboratoriyasından COVİD-19 virusunun sızması fərziyyəsi araşdırılır.

"Araşdırma bu virusun harada və necə yarandığı ilə başlamalıdır ki, biz onun yenidən baş verməsini proqnozlaşdırmağa, hazırlamağa və ya qarşısını almağa çalışaq" – deyə, virus komitəsinə sədrlik edən Respublikaçı Bred Uenstrup, AP-ə verdiyi açıqlamasında vurğulayıb.

2021-ci ilin martında Çinin Uhan vilayətində beynəlxalq missiyanın ardınca dərc edilən ÜST-Çin birgə hesabatında qeyd olunur ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenari xəstəliyin yarasalardan başqa bir heyvana ötürülməsi və sonradan insanlara yoluxmasıdır. Bununla belə, ekspertlər virusun Uhandakı Huanan dəniz məhsulları bazarında necə ortaya çıxdığına dair nəticəyə gəlməyiblər. Halbuki onun laboratoriya mənşəyi ilə bağlı fərziyyələri  var idi.



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam