Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əziz Yıldırımın ittiham qərarı qüvvədə qaldı

 

      "xeberinfo.com":Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) ölkə futbolunda danışılmış oyunlarla bağlı (şike) İstanbul məhkəməsinin 2 iyul 2012-ci il tarixli qərarını təsdiqləməsindən sonra “Fənərbağça” prezidenti Əziz Yıldırımın yenidən həbs olunması gözlənilir.Xəbərə görə, 6,3 ilk azadlıqdan məhrum edilmiş Ə. Yıldırım bu müddətin yalnız 1 ilini həbsdə yatıb. Onun yerdə qalan 5,3 illik müddətin nə qədərini həbsxanada keçirəcəyi dəqiq bəlli deyil. Türkiyə hüquq sistemindəki mürəkkəbliklər səbəbi ilə bəzi hüquqşünaslar Ə. Yıldırımın 2,2 il, bəziləri isə 3,2 il həbsdə qalacağını bildirirlər.

 

      Bununla yanaşı, Türkiyə parlamenti xüsusi səlahiyyətli məhkəmələrin qərarı ilə “Ergenekon”, “Balyoz”, “Şike” işləri üzrə cəza almış şəxslərin yenidən mühakimə olunması barədə qərar qəbul edərsə, Ə. Yıldırım həbs olunmayacaq. Lakin hazırkı qərarla o, “Fənərbağça” və ya başqa bir idman klubuna rəhbərlik etmək hüququnu itirib. Qanuna əsasən Yarğıtayın qərarı rəsmi şəkildə kluba göndərildikdən sonrakı 45 gün müddətində klubda yeni prezident seçkisi keçirilməlidir. Ə. Yıldırım bu seçkidə namizəd ola bilməz.    

 

     Hazırda Ə. Yıldırımın Fransada istirahətdə olduğu xəbər verilir. Klubdan bildiriblər ki, məhkəmə qərarına baxmayaraq, prezident vətənə dönəcək. 

 

     Yarğıtayın qərarı açıqlandıqdan sonra İstanbul birjasında “Fənər”in səhmlərinin qiyməti 35 lirədən 30,60 lirəyə düşüb.

 

    Qeyd edək ki, Yarğıtay Ə. Yıldırımla birlikdə onun qardaşı Əli Yıldırım, “Fənər”in İdarə Heyətinin üzvləri Şekip Mosturoğlu və İlhan Ekşioğlu, “Beşiktaş”ın keçmiş vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş”ın keçmiş baş məşqçisi Tayfur Havutçu, futbolçular İbrahim Akın, Mehmet Yıldız, Göyçək Vederson, hazırda Qatarda çalışan baş məşqçi Bülənt Uyğun və digər şəxslər haqqında verilmiş məhkəmə hökmünü də təsdiqləyib.   

 

    “Trabzonspor” klubu 2010-2011-ci il çempionluq kubokunun “Fənərbağça”dan alınıb “Trabzonspor”a verilməsi tələbi ilə Türkiyə Futbol Federasiyası və UEFA-ya müraciət etməyə hazırlaşır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam