Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin “Türk axını“nı canlandırmaq istəyir

 

Türk-yunan sərhədində 47 milyard kub metrədək qazın toplanacağı mərkəzin yaradılması nəzərdə tutulur

 

"Xeberinfo.com":  Rusiya prezidenti Vladimir Putinlə Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə və Yunanıstan ərazisindən keçməklə qaz nəqli üçün infrastrukturun inşa edilməsini müzakirə ediblər.İki rəsminin müzakirəsi telefon danışığı zamanı olub. Kremlin mətbuat xidməti də bu xəbəri təsdiqləyib.
"Telefon danışığı zamanı Aleksis Tsiprasın Rusiyaya rəsmi səfəri zamanı əldə edilən razılaşmanın həyata keçirilməsi üçün əməli addımlar müzakirə edilib. Xüsusilə, Türkiyə və Yunanıstan ərazisindən keçməklə qaz nəqli infrastrukturunun planlaşdırılan inşası əsas mövzu olub", - deyə Kremlin yaydığı məlumatda deyilir. Bundan başqa, hər iki rəsmi iyunun 18-20-də Peterburqda keçiriləcək iqtisadi forumda görüşmək haqqında sözləşiblər.
Qeyd edək ki, "Türk axını" 63 milyard kub metrlik qaz borusunun inşasını nəzərdə tutur. Boru Qara dənizdən keçməklə Rusiyadan Türkiyə istiqamətində olacaq və türk-yunan sərhədinə 47 milyard kub metrədək qaz nəql edəcək. Bu ərazidə qazın toplanacağı mərkəzin yaradılması da nəzərdə tutulur. Avropa İttifaqı ölkələri isə həmin qazın öz ərazilərinə çatdırılması üçün özləri qaz boruları inşa etməli və qazın idxalını təmin etməlidirlər.(ans press)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam