“ABŞ jurnalistlərin haqsız həbsinə qarşı mübarizəni davam etdirəcək”
"Xeberinfo.com": “Amerika Birləşmiş Ştatları öz peşə fəaliyyətini həyata keçirdiyinə görə həbs olunmuş bütün jurnalistlərin dərhal azad olunmasına çağırır. Biz, jurnalistlərin haqsız həbs olunması və saxlanılmasına qarşı mübarizə aparmağa davam edəcəyik, biz bu problemləri hər bir səviyyədə xarici dövlətlərin rəsmi şəxsləri qarşısında qaldırmağa davam edəcəyik və biz jurnalistlərin fiziki və peşə təhlükəsizliyini müdafiə etməyə davam edəcəyik. Sərbəst ifadə azadlığı bizim ölkəmizin əsas dəyərlərindən biridir və biz bu dəyəri həm daxildə, həm də xaricdə müdafiə etməyə davam edəcəyik”.
Bu bəyanatla ABŞ Dövlət katibi Con Kerri Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə çıxış edib.
Bu yolla biz eyni zamanda düzgün idarəçilik və demokratiyanın bərqərar olmasında əhəmiyyətli rol oynayan jurnalistika peşəsinə böyük dəyər verdiyimizi göstərdik.
Sənəddə deyilir ki, ABŞ 3 may tarixində həqiqətin işıqlandırılmasında və təqdim olunmasında əzmkarlıq göstərməklə demokratik idealları müdafiə edən jurnalistləri böyük ehtiramla yad edib.
“Bu yolla biz eyni zamanda düzgün idarəçilik və demokratiyanın bərqərar olmasında əhəmiyyətli rol oynayan jurnalistika peşəsinə böyük dəyər verdiyimizi göstərdik. Jurnalistlərin verdikləri töhfəni qeyd etmək üçün indi son dərəcə əhəmiyyətli bir dövrdür. Jurnalistlərin Müdafiəsi Komitəsi tərəfindən bu yaxınlarda yayılmış hesabatda qeyd edildiyi kimi indi “ən yeni tarixdə jurnalistlər üçün ən amansız və təhlükəli bir dövrdür”. Azad mətbuat, müxbirləri oğurlayan və qətlə yetirən zorakı ekstremistlər və cinayətkar qruplaşmalar, eləcə də onları təqib edən avtoritar hökumətlər tərəfindən hücumlara məruz qalır”, o qeyd edib.
Senzura diktatorlara və zalımlara güc verir.
Keeri hesab edir ki, jurnalistlərin hədəfə alınmasının ümumi bir səbəbi də informasiya və ideyaların sərbəst axınını məhdudlaşdırmaq və buna nəzarət etmək istəyi ilə bağlıdır.
“Senzura diktatorlara və zalımlara güc verir, bu, onlara həqiqəti gizlətməyə, özlərinin maraqlarına cavab verən saxta uydurmaları təbliğ etməyə imkan yaradır. Suriya kimi ölkələrdə məhz bu baş verməkdədir, burada hakimiyyətdə olanların və ekstremistlərin yeganə istəyi həqiqəti təhrif etməkdir.
Rusiyada hökumət media üzərindəki nəzarətini genişləndirmiş və onun tərəfindən sərt formada müəyyən olunmuş “qanuni mövqe” tələblərinə cavab verməyən bloqqerlərin təqib olunmasını artırmışdır”.
Bununla belə, jurnalistlər təkcə müharibə zonalarında hücumlara məruz qalmırlar. Parisdə jurnalistlər və karikaturaçılar sərbəst ifadə azadlıqlarından istifadə etdiklərinə görə qətlə yetirilmişdilər. Çində jurnalistlər hələ də nəzarət, senzura və qanunsuz həbslərdən əziyyət çəkirlər. Rusiyada hökumət media üzərindəki nəzarətini genişləndirmiş və onun tərəfindən sərt formada müəyyən olunmuş “qanuni mövqe” tələblərinə cavab verməyən bloqqerlərin təqib olunmasını artırmışdır”.
Onun sözlərinə görə Dövlət Departamenti Mətbuata Azadlıq kampaniyasına başlayıb və qanunsuz həbs olunmuş ayrı-ayrı jurnalistlərin həb solunma səbəbləri işıqlandırılır.
“Bu siyahıda 71 yaşlı çinli jurnalist Qao Yu yer alır, o, dövlət sirlərini xarici mediaya sızdırmaqda ittiham olunaraq yeddi il azadlıqdan məhrum edilmişdir, daha sonra, amansız vəhşilikləri ifşa etməyə çalışdığına görə Əsəd rejimi tərəfindən həbsdə saxlanılan Mazen Darviş, hökumətin korrupsiya fəaliyyətini ifşa etdiyinə görə Vyetnamda 10 il azadlıqdan məhrum edilmiş Ta Fonq Ta və hökumətlə bağlı tənqidi məqalə yazdığına görə Efiopiyada həbs edilmiş Riyot Alemu kimi jurnalistlər bu siyahıya daxil edilmişdir”, dövlət katibi qeyd edir.