Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya bir, ən uzağı iki il dözə bilər”

 

““Bloomberg” agentliyinin tərtib etdiyi kasıb ölkələrin reytinq indeksindəki siyahıda Rusiya kasıbçılığa görə ön yerlərdən birini tutur. Bu indeksə əsasən? Venesuela, Argentina və müharibə nəticəsində taqətsiz hala düşmüş Ukraynanın da vəziyyəti xöşəgəlməz səviyyədədir. Amma bütün bunlara baxmayaraq, biz, rus möcüzəsi ilə qarşı-qarşıyayıq. Beləki, keçən ay Rusiya prezidentinin populyarlıq reytinqi bir faiz də artaraq, 86% göstəricisinə qədər yüksəlib. Onda belə bir sual yaranır ki, bəs görəsən necə olur ki, iqtisadi böhranın ən qaynar çağında Vladimir Putinin reytinqi bu cür üst səviyyədə dayanıb?” 

"Xeberinfo.com":  Məlumata görə, Almaniyanın məşhur “Die Zeit” qəzetinin “Rus möcüzəsi” adlı məqaləsində bu sual qoyulur.
Müəllif sualı belə cavablandırır: “Bu sualın izahlarından biri ondan ibarətdir ki, hökumət ehtiyatda yığılmış pul vəsaitlərindən istifadəyə başlayıb və böhranın nəticələrinin hiss edilməməsi üçün pensiyaçılara, kasıblara, veteranlara, az təminatlı ailələrə güclü maliyyə yardımları həyata keçirir. Çətin günlərdə istifadə olunması üçün nəzərdə tutulan “Milli Təminat Fondu”nun ehtiyatları keçən ay 85 milyard dollardan 77 milyard dollara düşüb. Bu haqda maliyyə naziri məlumat verib. Mərkəzi Bankın məlumatlarına əsasən isə, Rusiyanın bir il əvvəllki 500 milyard dollarlıq valyuta ehtiyatı 364 milyard dollara qədər azalıb.”

Məqalədə bildirilir ki, iqtisadi geriləmənin günahı heç də Qərb sanksiyaları ilə bağlı deyil. Aşağı neft qiymətləri də məsələnin əsl dərin izahı sayılmır. Müstəqil iqtisadçı ekspertlərdən biri professor İqor Nikolayev Rusiyanın itkilərinin başlıca səbəbini islahatların ləngiməsində, kiçik və orta biznesin vəziyyətinin pisləşməsində və hədsiz korrupsiya ilə bağlı olan struktur böhranında görür. İ.Nikolayevin sözlərinə görə, Putinin rəhbərlik etdiyi Rusiya artıq üç ildir ki, tənəzzüldədir, indi isə ölkə əsl iqtisadi qasırğa yaşayır.

RUSSIA-POLITICS-PUTINLakin maraqlı məqam ondan ibarətdir ki, deyəsən bütün bunların heç birinin Putinə aidiyyatı yoxdur. Çünki o, praktik olaraq heç zaman iqtisadiyyatdakı vəziyyət barəsində danışmır, iqtisadçılar və sahibkarlarla isə nadir hallarda görüşür. Prezidenti ən əvvəl xarici siyasət, Rusiyanın dünyadakı yeri və rolu daha çox maraqlandırır. Onun bütün çıxışları bu və ya digər şəkildə Donbasla, Rusiyanın böyük idman ölkəsi olması ilə bağlıdır. Putin öz avtoritetini başlıca olaraq, hərbi nöqteyi nəzərdən qüdrətli və qorxu saçan böyük ölkə – Rusiya ilə bağlayır. Müstəqil “Levada çentr” analitik mərkəzinin məlumatına əsasən, rusiyalılar öz prezidentlərini məhz bu cür də görürlər. Elə ona görə də heç kim yüksələn iqtisadi böhranın Rusiyanı böyük etiraz dalğası və iğtişaşlara sürükləyəcəyi haqqında düşünməsin. Müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi, onsuz da Putini öz düşmənləri hesab edən liberal orta sinfi həqiqətən də həyacanlandırdı. Lakin xalq kütlələri yenə də Putinin müttəfiqidir.

İqtisadçıların hesablamalarına görə, Rusiyanın valyuta ehtiyatı yaşanan indiki böhran vəziyyətinə yalnız bir və ən uzağı iki il dözə bilər. Rusiya prezidenti ona əminliyini vurğulayıb ki, həmin bu müddətdə neft və qazın qiyməti yenidən əhəmiyyətli dərəcədə yüksələcək və böhranın öhdəsindən də gəlinəcək. Ancaq bunun tamamilə əksinə olaraq, hal-hazırda dünya neft bazarında hər hansı bir dəyişikliyin baş verə biləcəyinin işartısı görünmür.

Əgər yanacağın qiyməti deyilən həmin müddət ərzində yüksəlməzsə, onda xalqın əzabının ikinci plana keçməsi üçün Putin nə isə başqa bir şey fikirləşib tapmalıdır. Çox güman ki, bu “başqa bir şey” ölkənin xarici siyasəti və üstəgəl Rusiyanın dünya şöhrətidir.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam