Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşğalçılığın sonu məğlubiyyətdir


"Xeberinfo.com":  Bu boyda Yer kürəsi Tanrının yaratdığı-boyu 1.70 metr, çəkisi 70 kq olan insanın əlində oyuncağa çevrilib. İnsanın əlindən Yer kürəsinin florası zəhərlənir, faunası tükənir, buzlu okeanlar əriyib istiləşmə gedir, və on milyonlarla insanlar müharibələrin, yaranan, yaradılan xəstəliklərin qurbanlarına çevrilirlər.

Sosialist inqilabı baş verdi ermənilər Bakıda, Gəncədə... biz Azəri türklərinə qarşı 31 mart qırğını törətdilər. Alman faşistləri ilə müharibədə iştirak edən altı yüz min nəfər azərbaycanlıdan üç yüz min nəfəri həyatını itirdi. Müharibədən qayıdıb gələnlərin də əksəriyyəti əlil olmuşdu. İttifaq dağıldı, erməni faşistləri bizə Xocalı soyqrımı verdilər.

Artıq Ukrayna respublikasında üz-üzə dayanan ABŞ-la Rusiya arasında baş verən kəskin ziddiyət sülh yolu ilə həll olunmazsa bir-birinə qənim kəsilmiş qana susayanlar iri miqyasda törədəcəkləri müharibədən müstəqillik əldə etmiş Azərbaycan xətərsiz, zərərsiz ötüşə biləcəkmi? “İlan vuran ala çatıdan qorxar”,-demişlər.

Rusiyanın güclənməsinin və yaxud zəifləməsinin müstəqil Azərbaycana xeyri və yaxud zərəri varmı? Hər iki halda zərəri var. Güclənsə torpaqlarımızı ermənilərin əlindən almağa imkan veməyəcək. Zəifləsə erməniləri qərb müdafiə edəcək, yenə də torpaqlamızı geri qaytara bilməyəcəyik. Bu səbəblərlə əlaqədar olaraq ağıllı başlarımız daha da dərindən düşünüb yollar axtarmalı, çevik, iri miqyasda ağıla batan inandırıcı siyasət yeritməlidirlər...

Bəs Rusiya hansı vəziyyətdədir. V.Putin iki ayağni bir başmağa dirəyib ki, “Mən SSRİ-ni bərpa edəcəyəm”. Dövlətin gücü onun düzgün idarə olunmasında,  qüdrəti maliyyəsində və apardığı məqsədyönlü iqtisadi siyasətindədir. Hakimiyyətin sabitliyi isə şübhə altındadır. Hal-hasırda qeyd edilənlərin heç birisi Rusiyada yerində deyil. “Blomberq” agentliyi tərtib etdiyi kasıb ölkələrin siyahısına Venesuela, Argentina, Ukrayna ilə yanaşı Rusiyanı da daxil edib.

 ”Xəbərinfo.com” (10.03.2015-ci il) saytının Almaniyanın məşhur “ Die Zeit” qəzetinin verdiyi məlumata əsaslanaraq qeyd edir: “Çətin günlərdə istifadə olunması üçün nəzərdə tutulan “Milli Təminat Fondu”nun ehtiyatları keçən ay 85 milyard dollardan 77 milyarda düşüb. Bu haqda Maliyyə Naziri məlumat verib. Milli Bankın məlumatına əsasən isə Rusiyanın bir il əvvəl ki, 500 milyard dollarlıq valyuta ehtiyatı 364 milyard dollara qədər azalıb”  Yəni tək bir il ərzində 136 milyard dollar ehtiyatdan xərclənib. Bu minvalla “Rusiyanın valyuta ehtiyatı yaşanan indiki böhran vəziyyətinə yalnız iki il dözə bilər”.

“İqtisadi böranın ən qaynar çağında V.Putinin reytinqi hansı səbəbdən 86 %  göstəricisinə qədər yüksəlib” sualınnın cavabını qəzet belə izah edir : “Hökumət ehtiyatda yığılmış pul vəsaitlərindən istifadəyə başlayıb və böhranın nəticələrinin hiss edilməməsi üçün pensiyaçılara, kasıblara, veteranlara, az təminatlı ailələrə güclü maliyyə yardımları həyata kecirir”.

Son əsas sual meydana çıxır: Ehtiyat qurtandan sonra xalqa maliyyə yardımları haradan veriləcək? V.Putindən soruşan yoxdur ki, Rusiyanın “Milli Təminat Fondu”nun ehtiyatlarından iki dəfə çox olan varidatınızı haradan almışsınız və onu necə əldə etmişsiniz?

Ölkənin böyüklüyü onun ərazisi və məhsuldar tenologiyasının olmaması səbəbindən istifadəsi mümkünsüz olub tükənməz xammal ehtiyatı ilə yox,  elmi, İqtisadi qüdrəti, maliyyə ehtiyatı, ən məhsuldar texnologiyası ilə xarakterizə olunur.

Rusiyanın ərazisi (17075 min kv km) ABŞ-ın ərazisindən (9363 min.kv.km) 1.82 dəfə böyük olsa da, ABŞ-ın hərbi xərcləri (585.4 milyard dol.) Rusiyanın hərbi xərclərindən (68.8 milyard dol.) 8.51 dəfə çoxdur. Bax böyük buna deyirlər. DTK hələ də büyük nədir, bu sözü harada, necə işlətmək lazım olduğunu anlamır. Anlamaq istəmir ki, Qırmızıordu Əfqanıstanı hansı səbəbdən tərg etdi, SSRİ kimi imperiya hansı səbəblərdən çökdü, Berlin kimi şəhəri iki yerə bölən, kilometrlərlə uzanıb metrlərlə ucalan dəmir beton divar nə səbəbə görə söküldü, NATO-ya qarşı yaradılmış Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə adlandırılan VARŞAVA MÜQAVİLƏSİ nə üçün buraxıldı, Bütün Avropanın  enerji daşıyıcılarına kəskin ehtiyac duyduğu bir dönəmdə Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarının tətbiq edilməsinin səbəbləri nədən irəli gəlir.

Gözünü qan örtmüşün İşğalçılığın mahiyyətini anlamadığından məğlubiyyətə düçar olacağını da heç vaxt anlamayacaq.

 

 

Quliyev Elxan Sarı o.                                


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam