Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Naxçıvanlı iş adamının başı dərddə -MƏHKƏMƏ

 

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org:   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində zərərçəkmiş Elçin Axundzadə sualları cavablandırıb. Akimovanın əməllərinin qurbanı olan Elçin Axundzadə bildirib ki, sosial şəbəkədə tanış olduğu Sabrina Vardinaşviliyə 39 min dollar və 11 manat borc verib. Axundzadə bu məbləği təmənnasız verdiyini deyib və Aygün Akimovanın vəkili Adəm Məmmədovun suallarını cavablandırıb.

Sabrina Vardinaşvilini "İstisu" istirahət mərkəzinə belə apardığını etiraf edən E.Axundzadə deyib ki, adıçəkilən xanımla heç bir yaxın münasibəti olmayıb: "Mən Sabrinaya qarşılıqsız çox yaxşılıq eləmişəm. O da mənə dedi ki, təmənnasız olaraq məni vəzifəyə düzəldəcək. Vəzifədə olan qohumlarının olduğunu deyirdi. Məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə düzəldəcəkdilər. Hətta Masallının icra başçısının qəbuluna salacaqdılar. Amma aldatdılar".

Məhkəmədə Elçin Axundzadə deyib ki, Aygün Akimova həyat yoldaşı deyəndə Abdulla müəllimi nəzərdə tutur. Zərərçəkmiş "Abdulla müəllim" dedikdə nəzərdə tutduğu şəxs naxçıvanlı iş adamı, bir müddət əvvəl həbsdən çıxan "AMAY Abdulla" ləqəbli Abdulla Abdullayevdir. Onu da bildirək ki, Aygün Akimovanın "AMAY Abdulla" ilə münasibətinin olması haqda daha əvvəllər də mətbuatda yazılar dərc edilib.

Elçin Axundzadə Aygün Akimovaya sual verərək soruşub: "Siz ifadənizdə imkanlı şəxs olduğunuzu deyibsiniz. Ehtiyaclarınızın həyat yoldaşınız tərəfindən ödənildiyini yazıbsınız. Necə oldu ki, məndən 10 min manat sələmə pul istəyibsiniz? Sizin həyat yoldaşınız kimdir?"

Aygün Akimova sonuncu suala etiraz edib: "Sizə dəxli yoxdur ki, mənim həyat yoldaşım kimdir. Bu, sizi maraqlandırmır. Sələmə pulu sizdən yox, Sabrinadan almışam. Sonra da 14500 manat qaytarmışam".

Əldə etdiyimiz məlumata görə, bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verib. Naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını deyib.

Qeyd edək ki, Akimova ilə birlikdə həbs edilən İlham Baxışovun adı yalnız bu epizodda keçib. Belə ki, Akimova Axundzadədən aldığı pulu geri qaytara bilməyəndə yeni tikilən yaşayış binalarından birində olan mənzilini banka girov qoymaq istəyib. Amma evin çıxarışı olmadığından əvvəlcə sənəd işlərinin həll edilməsi üçün İlham Baxışova müraciət edilib. İlham Baxışov evə çıxarış almaq üçün 3500 manat istəyib. Bu məbləği də Elçin Axundzadə ödəyib. İş alınmayanda İlham Baxışov pulu geri qaytarıb, amma sahibinə yox, Akimovaya...

E.Axundzadə digər təqsirləndirilən İlham Baxışovun dəymiş zərəri ödədiyini deyib. Aygün Akimovanın dələduzluq əməllərinin qurbanı olan 6 nəfərdən biri olan Afət Hüseynova da məhkəmədə ifadə verib. Afət Hüseynova deyib ki, Aygünü tanıyandan sonra onunla yaxın münasibəti olub. Bu münasibətlərdən sonra külli miqdarda pulu ələ keçirilib.

Zərərçəkmiş A.Hüseynova bildirib ki, A.Akimovanın vasitəsi ilə 170 minə ev alıb: "Bu ev mənim başıma bəla oldu. Sonradan həmin evdə qorxaraq yaşayırdım. Deyirdi ki, bizi izləyirlər. Aygün qızının da, özünün də izlənildiyini, evin dinlənildiyini söyləyirdi. Özünü MTN polkovniki kimi təqdim edirdi. Guya bu vəzifəli şəxsin arvadı idi, Azərbaycanın ən gənc polkovniki idi. Məni elə əmin etmişdilər ki, inanırdım. Hər anım qorxu içində idi. Mən bu deyilənlərin həqiqiliyini yoxlaya bilməzdim. Bir dəfə vəsiqəsinə baxmaq istəyəndə dedi ki, "dədəm də qəbirdən çıxsa, göstərə bilmərəm".

Afət Hüseynova daha sonra mağazasında olan mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyib. Afət Hüseynova 800 min manata qədər zərər çəkib.

Növbəti məhkəmə prosesi mayın 2-nə təyin edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam