Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu” müşaviri kefləndi, böyük bir təsərrüfatı susuz qoydu –sensasion iddia

 

Ağaisa Mahmudov: “Faiq Kazımov bu göstərişi içki məclisində verib”


Yenixeber.org:”Azərsu" müşaviri Faiq Kazımovun qanunsuz əməlləri ilə bağlı vəkilim Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb. Faiq Kazımovun qanunsuz göstərişinə əsasən, rəhbəri olduğum təsərrüfat obyektinin suyu kəsilib. Heyvandarlıq, istixana, istehsal sexində böyük problemlərimiz yaranıb, böyük zərər çəkmişik. Məhkəməyə də müraciət üçün sənədləri hazırlayırıq". “Fidan” şirkətinin sahibi Ağaisa Mahmudov belə deyir.


Onun rəhbəri olduğu şirkət Qaradağ rayonu, Bakı-Hacıqabul şosesinin 75-ci kilometrliyində yerləşən təsərrüfat obyektində ümumilikdə 500-ə yaxın işçi çalışır. Zavodda kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı, satışı, yəni alkoqollu və alkoqolsuz içkilərin istehsalı, topdan və pərakəndə satışı, konserv məhsullarının istehsalı, kompot və təbii şirələr, konyak, etil spirti, şərablar istehsalı və satışı həyata keçirilir. 
Sahibkar deyir ki, obyektin daim su ilə təchizatı ən vacib əhəmiyyət kəsb edən faktordur: “Su olmasa, bütün istehsalat dayanır. Hazırda mən əhalidən meyvə qəbul edə bilmirəm ki, meyvə kompotu istehsal edim. Müqavilə bağladığım xarici şirkətlərə də mal göndərə bilmirəm, hamısının səbəbkarı isə Faiq Kazımovdur”.

A.Mahmudovun sözlərinə görə, avqustun 23-də “Azərsu” ASC-nin Qaradağ rayonu Sukanal İdarəsinin əməkdaşları şirkətə məxsus olan və zavodun su ilə təchiz edilməsində əsas rol oynayan su borularını kəsərək yararsız vəziyyətə salıblar: ““Azərsu” ASC-nin əməkdaşları hansı əsasla, nəyə görə su borularının kəsilməsi barədə məlumat vermədilər. Digər tərəfdən, su istismarı ilə bağlı yol verilən pozuntulara dair heç bir akt, protokol tərtib etmədilər. Sadəcə, su borularını kəsib getdilər. Nəticədə bütün zavodun fəaliyyəti, istehsalat dayandı. “Azərsu” ASC-yə heç bir borcumuz olmadığı, hər hansı pozuntu ilə bağlı protokol və ya akt tərtib edilmədiyi halda, şirkətə məxsus su boruları necə kəsilə bilər axı?" 

A.Mahmudov deyir ki, ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciətlərindən sonra əraziyə “Azərsu” ekspertləri gedib: “Bundan əvvəl isə Qaradağ Rayon Sukanal İdarəsinin əməkdaşları ərazidə olublar. Müvafiq yoxlama aparılıb və su xətlərinin qanunsuz kəsilməsini deyiblər. Biz də araşdırdıq, aydın oldu ki, Faiq Kazımov şəxsi maraqlarından çıxış edərək istehsalat sahəsinə su verilməsinin dayandırılması üçün qanunsuz göstəriş verib. Bu göstərişi o, bir içki məclisində verib. İlk olaraq Faiq Kazımov 43 min manat istədi. Daha sonra bir qonaqlıqda 43 minin əvəzinə 25 min manat istədi. Tələbi qanunsuz idi deyə boş verdim. Sonradan da Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşlarına göstəriş verib ki, zavoda məxsus olan su boruları kəsilsin. Bu adam özü hüquqşünasdır, 2 ay əvvələ qədər ”Azərsu"da hüquqşünas olub. Müşavir vəzifəsinə isə əmisi oğlu Rövşən Kazımovun işdən çıxarılmasına yaratdığı əsas üzərindən keçib. Bundan sonra da özünün maraqlarını uyğun hərəkətlər etməyə başlayıb. Barəmdə “Azərsu” rəhbərliyinə yanlış məlumat verib. Suyu kəsəndən sonra məsələ böyüdü, o da məsuliyyəti Qaradağ Su Təchizat İdarəsinin üzərinə atmaq istədi. Amma alınmayacaq. Çünki onların bu məsələdə günahı yoxdur. Vəkillərim Faiq Kazımovun qanunsuz əməllərinin araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət ediblər. Bu adam şəxsi maraqlarından çıxış edərək şirkətimin suyunu kəsdirib. Suyu kəsəndən 1 ay sonra mənə hesab faktura yollayıb ki, 42 min manat borc var. Halbuki qanuna görə, “Azərsu” əməkdaşları əgər qanunsuzluq qeydə alırlarsa, akt tərtib etməli, cərimə yazmalı və 2 ay həmin cərimənin ödənməsi üçün vaxt verməlidirlər. Amma Faiq Kazımov suyu heç bir xəbərdarlıq etmədən kəsib və 1 ay sonra hesab-faktura yollayır ki, bunu ödə. Belə də qanunsuzluq, özbaşınalıq olar?" 

E.HÜSEYNOV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam