Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-FOTOLAR+VİDEO

Xətai rayonu Lütfüzadə küçəsinin sakinləri səkilərin obyekt sahibləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Yenixeber.org: Sakinlər bildiriblər ki, sözügedən küçədə yolun hər iki tərəfi obyektlər tərəfindən zəbt edildiyindən piyadaların sərbəst hərəkəti üçün çətinlik yaranır. Onlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədirlər, bu isə insan həyatı üçün təhlükəlidir.

Sakinlərin sözlərinə görə, müxtəlif media orqanları mövzunu dəfələrlə işıqlandırsalar da, rəsmi qurumlar hər hansı tədbir görməyib.

Xətai sakinləri şikayət edərэл bildirirlər ki, konkret olaraq Sarayevo küçəsində ağacların kəsilməsi bir neçə ildir davam edir, məhv edilən yaşıllıq ərazində müxtəlif obyektlər, kafe və restoranlar tikilir.  Bu barədə xəbər dərc olunmuşdur. Sözügedən ərazidə bu yaxınlarda da ağaclar kəsilib, yeni restoranın tikiləcəyi gözlənilir.

Sakinlər bildirirlər ki, şikayətlərə, mövzuya mətbuatın həssas münasibətinə baxmayaraq “ağac qətliamı”nın qarşısını almaq mümkün olmayıb.(bakuplus.az)

media-xetmedia-narr

Qeyd edək ki, Xətai rayon icra hakimiyyətinin başçsı Rafiq Quliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam