Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev? -DE-FAKTO

Dövlət qurumlarının, daha çox da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) tenderlərində "həmişəqalib" olan ATF MMC əl dəyişdirib.

Yenixeber.org: Şirkətin qanuni təmsilçisi Təbriz Muradov bu vəzifədən ayrılıb. İndiyə qədər çoxlu sayda milyonluq tenderlərin qalibi olmuş şirkətdə onu Azad Muradov əvəzləyib. Görünən odur ki, təkcə ad dəyişib, soyad eynidir. Çünki ATF MMC-nin Muradov qardaşlarına mənsub olması haqda internet resurslarında kifayət qədər məlumat var. Bildirilir ki, "ATF" adı da Muradov qardaşlarının qısaldılmış abreviaturudur: Azad, Təbriz və Fəxrəddin.

Qanuni təmsilçinin adının dəyişməsi ilə bağlı bəzi versiyalar səslənsə də, doğruluğu şübhəli olduğu üçün onlara toxunmadan, ilk baxışda adi bir MMC kimi görünən ATF-in hər zaman gündəmdə olma səbəbləri haqda bir neçə cümləlik məlumat maraqlı olar. Azərbaycanda asfalt yollarının inşaası ilə məşğul olan ATF MMC-nin adı AAYDA-nın rəhbəri Saleh Məmmədovla çəkilir. Əsasən bölgələrdə yol tikintisi layihələrini reallaşdıran MMC AAYDA-nın və yerli yol istismar idarələrinin saysız-hesabsız tenderlərinin qalibi olub. Bu tenderlərdə yüz milyonlarla vəsait “udan” şirkətin rəhbərliyinin yolu hüquq-mühafizə orqanlarından da keçib. Belə ki, ATF-in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub. Bütün bu əməllərdə ittiham olunmasına baxmayaraq, F.Muradov sonradan azadlığa çıxmağı bacarıb. Deyilənlərə görə, həmin vaxtlar bu işdə də ona S.Məmmədov dəstək olub. S.Məmmədov həmçinin ATF MMC-nin təsisçisi olan qardaşlardan biri Azad Muradovun oğlu Tehran Muradovu 17 saylı Yol İstismar İdarəsinə təyin etmişdi. Hazırda T.Muradovun həmin vəzifədə işləyib-işləmədiyini aydınlaşdıra bilməsək də, internet resurslarında onun və sözügedən idarənin fəaliyyəti ilə bağlı elə də ürəkaçan məlumatlara rast gəlmədik. Bu ad qarşımıza ya rayonlarda keçirilən çoxlu sayda tenderin qalibi kimi, ya da korrupsiya və keyfiyyətsiz yol istismarı ilə bağlı çıxdı. Nə yazıq ki, haqqında bu qədər neqativ informasiya yayılan bir şirkət hələ də S.Məmmədov üçün dəyərlidir.

Lakin ATF MMC-yə onun bu etimadı müavini Əvəz Qocayevlə arasında problemlərin yaranmasına səbəb olub. Bildirilir ki, S.Məmmədov hətta Qocayevi və onun AAYDA-da vəzifəyə gətirdiyi mütəxəssisləri sıxışdırır. Səbəblər arasında Ə.Qocayevin AADA-rəisi olmaq istəyi və həvəsi, eyni zamanda əsas tenderlərin bir MMC-yə verilməsi məsələsi öndədir.
Məsələ ondadır ki, hər iki rəhbər şəxs dövlət qurumunda kifayət qədər kök salıb. S.Məmmədov rayon yol istismar idarələrində öz adamlarını yerləşdiribsə, Ə.Qocayevin də mərkəzi aparatda xeyli sayda adamı vəzifədədir. Elə bu səbəbdən də S.Məmmədov Ə.Qocayevi “vurmağın” yollarını axtarır. "Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Saleh Məmmədovun öz müavinini vəzifəsindən uzaqlaşdırması yolunda onun əsas dəstəkçisi isə qudası, AAYDA Yolların Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovdur. Hətta onun özünün bu vəzifəyə gətirilməsinə cəhdlər də var” – deyə məlumatlı mənbə bildirib.
Yeri gəlmişkən, bir müddət əvvəl Ə.Qasımovun adı S.Məmmədova olduqca bahalı villa tikməsi ilə bağlı hallanırdı. Belə ki, qudasının villa həvəskarı olan AAYDA rəhbəri üçün Bakıda tikdirdiyi villa haqda məlumatlar internet resurslarında yer alıb.
Ə.Qocayevin təmsil etdiyi sahədə uzun illərin təcrübəsinə malik olması onun S.Məmmədov üçün “asan yem” olmadığını deməyə əsas verir. Belə ki, Ə.Qocayev 2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib. 21 dekabr 2017-ci il tarixindən isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Məhz bu səbəbdən də onun strukturda kifayət qədər “qol-budaq”lı olması S.Məmmədovun işini çətinləşdirir.

Qeyd edək ki, Ə.Qocayev S.Məmmədovla aralarında problem yaşanması haqda məlumatlara münasibət bildirib. “Biz öz işlərimizlə məşğuluq, dovlət işləri ilə məşğuluq. Belə şeylərə fikir vermirik" – deyə o qeyd edib.(AFN)

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam