Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Nazirin bacanağı ilə nazirliyin idarə rəisi arasında maddi ziyan qalmaqalı -DE-FAKTO

        Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan maddi ziyan tələb edilir. 
Yenixeber.org: Tələbkar "Azsığorta" Açıq Səhmdar Cəmiyyətidir (ASC).
Şirkət İlqar Cəfərovla yanaşı, Ədliyyə Nazirliyini, Həsənov İlham Qəribağa oğlunu və Qaragözov Məhəmməd Məmmədağa oğlunu da məhkəməyə verib.
İşdə adıkeçən digər iki şəxsin kimliyi barədə bilgi yoxdur. Bəzi iddialara görə, onlar da icra məmurudur. 
Tərəflər arasında məhkəmə çəkişməsi apellyasiya mərhələsindədir. Şikayətçi sığorta şirkətidir. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin detalları bəlli deyil. 
İlqar Cəfərov 2020-ci ildə İcra Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ədliyyə Nazirliyinin katibliyinin rəisi olub. 
"Azsığorta" ASC ölkənin sığrota bazarında əsas oyunçulardan biri hesab edilir. Onun bazarda əhəmiyyətli paya sahib olması güclü himayədarının olması ilə izah edilir. 
2006-cı ildə dövlət qeydiyyatına alınan ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğlu olsa da, sahibi İsmayılov Hikmət Abuzər oğludur. ASC-nin səhmlərinin 100 faizi məhz Hikmət Abuzərova məxsusdur. Hikmət Abuzərov həm də "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibdir. 
Bu bankın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu iddia edilir. Nazirin Hikmət Abuzərova etibar etməsi tərəflər arasında qohumluq əlaqələrinin olması ilə izah edilir. İddialara görə, Hikmət Abuzərovla Kəmaləddin Heydərov bacanaqdır. Bu baxımdan, Kəmaləddin Heydərov mediada "Azsığorta" ASC-nin himayədarı kimi təqdim edilir.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam