Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

"Baku Elektroniks"in bitməyən  "macəralar"ı...


Son 20 ildə Azərbaycanda sürətlə artan şəbəkə mağazalar, şəbəkə marketlər bu sahə ilə məşğul olan kiçik sahibkarliqları demək olar ki, sıxışdırıb aradan tamamilə çıxardı. Az qala hamının evinin qarşısında "çadır quran" marketlər şəbəkəsi tez-tez elan etdiyi endirim kompaniyaları və ucuz qiymətləri ilə insanların gözünü qısa zamanda boyamağı bacardı. O kompaniyaların və ucuz qiymətlərin də hansı formada baş tutduğunu artıq demək olar hər kəs bilir.
Yenixeber.org: Amma, bu "oyanış" üçün deyəsən çox gec qalmışıq. Vitrində malların qarşısında bir qiymət yazıb, kassada başqa qiymət göstərən, 5 (beş) manatlıq malın qarşısında 8 (səkkiz) yazıb üstünə (×) qoyan, "İndi daha ucuz - artıq, 8 deyil, cəmi 5 manata" deyərək, bizə "kələk gələn" market və mağazalar şəbəkələri, adının qarşısında əcnəbi dildə "park", "Mall" sözləri əlavə edilən böyük biznes mərkəzləri özümüz də bilmədən bizim aldadıldığımızı bildiyimiz halda, sevə -sevə getdiyimiz məkanlara dönüşüblər.
Öz aramızdır, görünür böyük bizneslərin sahibləri artıq xalqın "damarını tutub" ki, hansı formada, neçə dəfə aldada biləcəklərinə qədər hesablayıblar. Özü də çox zaman belə böyük şəbəkələrin arxasından yaxınlarda maaşı artırılan, "mövsüm meyvələrinə həsrət" deputatlar və başqa dövlət məmurları çıxır.
Bu dəfə isə bizə göstərdiyi ucuz "şou" ilə "kələk gələn" damarlarında öz qanımız axan iş adamı - Güney Azərbaycanlı soydaşımız Rza Zərrabın bizneslərindən biri olan "Baku Elektroniks" mağazalar şəbəkəsi olub.
Belə ki, sözügedən mağazalar şəbəkəsi təqribən 2-3 gün əvvəl, güya"endirim kompaniyası" keçirib və yüzlərlə insanı toplayıb qapısının önünə. Orada toplaşan insanların bir neçəsinin bildirdiyinə görə, bu adla, bu boyda izdiham yaradan mağazadan qarşısında toplaşan insanlardan təqribən cəmi 20-30 nəfəri ancaq nəsə ala bilib. Çünki, içəri girib güya endirimdə olduğu deyilən əşyaları soruşan adamlara "artıq bitdi" cavabı verilib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər belə mağazalar hərəsi ayrı adamın şəxsi idi, aldığımız məhsul keyfiyyətsiz, yaxud qüsurlu olanda, gedib həmin şəxsin "yaxasına yapışıb" xətasını özünə ödətdirirdik. İndi bu kimi şəbəkə mağazalarda isə qaydalar fərqlidir. Bir illik zəmanətlə bir telefon alırsan, iki gün sonra işləmir. Aparırsan aldığın mağazaya, deyir, "Get filan yerdə bizim servisimiz var, ora yaxınlaş." Gedirsən servisə orada da az qala ölmüş əcdadımızın sənədlərinə qədər istəyirlər. 50 yerdən sənədlər toplayırıq, təzədən gedirik, bu dəfə deyirlər "bizdə qalmalıdır, düzələndə sizə məlumat veriləcək".
Beləcə həm yollarda bir telefonun pulunu da əlavə xərcləmiş oluruq. Üstəlik də bəzən o qədər saxlayırlar zəmanət müddətini keçir və təmir pulu da bizdən alınır.
Amma, yenə də bizə dərs olmur...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXebər.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam