Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

AZƏRBAYCANIN HƏRBİ-STRATEJİ MÜTTƏFİQİ ERMƏNİSTANA SİLAH SATIR- Daha bir sensasion araşdırma

Azərbaycana münasibətdə qardaşlıq hisslərini bəyan edən, amma Ermənistan adında Azərbaycana düşmən ölkə ilə hərbi-siyasi ittifaqa girən ölkə, təəsüf ki, İordaniya Haşimilər Krallığıdır.

Yenixeber.org: Haqqin.az və virtualaz.org saytlarının redaksiyasının hərbi qaynaqlardan əldə etdiyi məlumatlarına görə Ermənistanla Azərbaycana qardaş ölkə İordaniya arasında hərbi-siyasi əməkdaşlığın əsası Ermənistan prezidentinin 2019-cu ilin aprelində Əmmana səfəri zamanı qoyulub. Kral II Abdallanın isə 2020-ci ilin fevralında Yerevana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı daha da sürətləndirib. 

İordaniya monarxı bir qayda olaraq xarici səfərlərini bir iş günü ilə məhdudlaşdırır. Hətta Bakıya 2019-cu ilin dekabrında baş tutmuş səfəri zamanı kral bir sutkadan da az qaldı. Maraqlıdır ki, adətən qısamüddətli səfərlərə üstünlük verən Əlahəzrət Abdalla Yerevanda az qala 2 gün qalmışdı! Kral Yerevana çoxsaylı nazirlərin müşaiyəti ilə gəlmişdi-strateji ittifaqı möhkəmləndirmək üçün.

 

İordaniya kralı Yerevanda az qala 2 gün ləngidi

 

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş spektri, o cümlədən Yerevana silahların və döyüş sursatlarının, xüsusən də İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) təchizatını əhatə edir. Rusiyadan sonra İordaniya 2013-cü ildən başlayaraq bu qumbaraatanları istehsal edən ikinci ölkədir və həmin silahı Əmmanda “Naşşab” rəsmi adı ilə buraxırlar. Hazırda İordaniya həmin qumbaratanları xarici bazarlara, xüsusən də Ermənistana satır.

İnformasiyalı hərbi qaynaqlar deyiblər ki, İordaniya tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı Baş qərargahın rəisi, general-mayor Yusif Huneyti kurasiya edir. Erməni tərəfdən isə layihəyə qalmaqallı silah alverçisi, hazırda Rusiyada axtarışda olan David Qalstyan cəlb edilib. Bu yaxınlarda rusiyalı jurnalistlərin David Qalstyanın siyasi-kriminal fəaliyyəti barədə araşdırması Rusiyanın özündə və Azərbaycanda geniş rezonans doğurmuşdu. Bundan əlavə, məhz Qalstan Serbiyadan minaatan mərmilərinin Ermənistana təchizatını həyata keçirmişdi və bu haqda bir neçə gün əvvəl bəhs etmişdik.

 

"Naşşab" qumbaraatanları İordaniya hərbi sənayesinin vizit kartıdır

 

Xatırladaq ki, Qalstyanın adı BMT Təhlükəsizlik Şurasının hesabatında Suriyaya qanunsuz silah təchizatı ilə əlaqəli şəxslər arasında keçir. Məhz onun vasitəçiliyi ilə Suriyada “Kalaşnikov” avtomatlarının yığılması üçün hərbi müəssisənin tikintisi həyata keçirilib.

Qalstyanın İordaniyadakı birbaşa ticarət tərəfdaşları isə kral II Abdalla adına konstruksiya və inkişaf Mərkəzinin direktoru Amjad Hamis əl-Şuheyldir (Amjad Khamis al-Shuhail). Silah təchizatı həmin mərkəzlə əlaqəli şəkildə hərbi-sənaye şirkətinin xətti ilə həyata keçirilir.

Beləliklə, Ermənistanın strateji müttəfiqi və tərəfdaşı müsəlman ölkəsi İordaniyadır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin saytında göstərilir ki, bu ölkə Azərbaycanın da hərbi-strateji tərəfdaşıdır. Yerusəlimdəki müsəlman müqəddəs məkanlarının hamisinin qismində bu cür ikiləşməni və islam fəlsəfəsinə yad olan dualizmi necə başa düşəsən?!

Lakin Ermənistan prezidenti Armen Sərkisyanın İordan çayının sahilində, İsanın xaç suyuna çəkildiyi yerdəki həssas nitqindən göründüyü kimi kral Abdalla həm də İordan çayının sahilindəki müqəddəs Karapet erməni kilsəsinin də hamisidir. Bundan əlavə, A.Sərkisyanın sözlərinə görə, İordaniya kralı erməni xalqına isti və qardaş hissləri bəsləyir. Bəli, erməni prezidentinin dediyi kimi, onun atası kral Hüseyn də erməni xalqının dostu idi.

Abdullanın sözlərinə görə isə, o erməni dövlətinə və xalqına dərin hörmət bəsləyir, onun dediyi kimi, Haşimilərlə erməni xalqı arasında “tarixən formalaşmış dostluq” hökm sürür. (Biz sadəcə olaraq Əlahəzrətin nitqindən sitatlar gətiririk!) İordaniya kralının sözlərinə görə, erməni icması onun ölkəsində vacib rol oynayır. Və neftlə, qazla zəngin digər dövlətlərdən fərqli olaraq Ermənistan və İordaniya insan kapitalına birinci dərəcəli önəm verir.

Ermənistan və İordaniya barədə bütün bu nəzakətli sözlərdən sonra Azərbaycandan bunu soruşmaq lazım gəlir-bəs nəyə görə İordaniya hələ də bizim dostlarımız, qardaşlarımız, tərəfdaşlarımız sırasında yer alır?! Və ümumiyyətlə bizim XİN-in İordaniya tərəfindən müsəlman torpaqlarını qana boyayan dövlətlə dostluq, qardaşlıq münasibətlərindən, silah təchizatından və strateji tərəfdaşlıqdan xəbəri varmı? Və nəyə görə indiyə qədər XİN Əlahəzrətin-həmin erməni torpaqlarının hamisinin səfirinə qanuni və təbii suallarla müraciət etməyib?!

 

Kral isə Ermənistan prezidentini fəxri qarovulla qarşılayır

 

Ola bilsin İordaniya hökumətinin heç erməni-azərbaycanlı münaqişəsinin tarixçəsindən xəbəri yoxdur? Və Şuşa və Ağdam məscidlərindəki erməni vandalizmi, Qarabağın qədim müsəlman məzarlıqlarının ermənilər tərəfindən dağıdılması barədə bilmir?!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam