Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin İngiltərədəki biznes şəbəkəsi-FOTOFAKT

 Yenixeber.org: Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə sayca 12-ci şirkətini qeydiyyatdan keçirib. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün FB səhifəsində yazıb:

"Dünyanın koronavirusla mübarizə apardığı dövrdə keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə sayca 12-ci şirkətini qeydiyyatdan keçirib.
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərəcək PONA PROPERTIES LTD ötən ayın 24-də Londonda təsis edilib.
12531211 saylı lisenziya alan şirkətin adı Əbdül Əliyevin ailə üzvlərinin baş hərflərinin götürülüb və Bank Court 4, Weldon Road, Loughborough, Leicestershire, United Kingdom, LE11 5RF hüquqi ünvanında yerləşir.
Bu Əbdül Əliyevin bu il Britaniyada təsis etdiyi yeganə şirkət deyil. Keçmiş nazirin damadı bu il yanvarın 22-də Londonda fəaliyyət göstərən TASKERSTONE LIMITED-ə (qeydiyyat nömrəsi 03212874) ortaq olub. Əbdül Əliyev eyni zamanda yanvarın 23-də Bibby Financial Services LTD (As Security Trustee) üzərindən yeni daşınmaz əmlak əldə edib.
Ötən ilin iyununda isə o ailə üzvlərinin baş hərflərinin abbreviaturası ilə başqa bir daşınmaz əmlak şirkətini - NOAP PROPERTIES LIMITED-i qeydiyyatdan keçirmişdi.

Fazil Əliyevin kürəkəninin indiyədək Britaniyada qeydiyyatdan keçirdiyi şirkətlərin siyahısı:
1. PONA PROPERTIES LTD
2. TASKERSTONE LIMITED
3. NOAP PROPERTIES LIMITED
4. OPTIMET FINISHING LIMITED
5. BRIDGE STREET RESTAURANT LIMITED
6. VERSO INVESTMENTS LIMITED
7. GROCR HOLDINGS LIMITED
8. BUTA HOSPITALITY & LEISURE LIMITED
9. BUTACARE LIMITED
10. BUTAROSE LIMITED
11. OKAA PROPERTY LIMITED
12. AMPCO 147 LIMITED
Bunlardan 3-ü fəaliyyətini dayandırıb, 9-u fəaliyyətdədir".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam