Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏBÜLFƏZ ELÇİBƏY, PƏNAH HÜSEYN, RƏSUL QULİYEV, AZƏRBAYCAN CASUSLARI, “SEPAH”IN BAKIDAKI HƏRBİ BAZASI… –Haşimi Rəfsəncaninin gündəliyindən

Əziz Rzazadə

Strateq.az

 

Yenixeber.org: İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin gündəlik qeydlərinin daha  bir hissəsini təqdim edirəm.

 

23 oktyabr 1992-ci il

Saat 8-də ofisimə gəldim. Səhər saat 9-da [İranın Azərbaycan Respublikasındakı mədəniyyət müşaviri] cənab [Seyyid Əli Əkbər] Ocaqnejad gəldi. Azərbaycandakı təlim-tədris mədrəsəsinin işi haqqında hesabat verdi. Onların Qumda 100, Ərdəbildə isə 40 tələbəsi var. Birinci ildə 20 milyon tümən alıblar və indi vəsaitin digər hissəsi üçün gəlib.

 

15 noyabr 1992-ci il

[Kəşfiyyat Nazirliyindən] cənab [Mustafa] Purməhəmmədi gəldi. Türkiyə və Azərbaycan casuslarının İrandakı fəaliyyəti barədə məlumat verdi. PKK və İraq kürdləri, habelə “İrlandiya ordusu” haqqında məruzə etdi. Bosniya və Tacikistan müsəlmanlarına kömək etməyə icazə verdim.

 

(?) 1993-cü il

Cənab [Seyyid Əli Əkbər] Ocaqinejad gəldi. Keçmiş Sovet Azərbaycandakı Mədəniyyət Mərkəzi barədə məruzə və maliyyə tələb etdi…

 

12 aprel 1993-cü il

Azandan əvvəl, sübh tezdən oyandım və bir daha yatmadım. Səhər 10-a qədər işlərimi gördüm və hesabatları oxudum. Azərbaycan Prezidentinin dövlət katibi [cənab Pənah Hüseynov] gəldi. Prezidentlərinin məktubunu gətirmişdi. Doktor Həbibi əvvəlcədən danışıqlara dair qısa hesabat vermişdi. Ermənistana son məğlubiyyətlərdən sonra çox narahatdırlar. Zəif mövqedə ola-ola hərbi, siyasi və azuqə yardımı tələb və eyni zamanda, Xalq Cəbhəsinin anti-İran mövqeyini də etiraf edirlər. Xam və bişməmiş adamlardır. Həm kömək vədi verdim, həm də daxili ittifaq barədə nəsihət.

 

15 iyun 1993-cü il

Hesabatlarda Azərbaycandakı qiyamçı qüvvələrin Bakıya doğru irəliləməsinə və Somalidə münaqişənin kəskinləşməsinə işarə edilir…

 

19 iyun 1993-cü il

Elçibəyin Azərbaycandan (Bakıdan – Ə.R.) qaçması mühüm məsələdir. Ta səhər saat 10-dan iş başındaydım. Cənab Vaezi telefonla zəng edib bildirdi: Heydər Əliyev Ermənistana çağırış edib ki, Azərbaycanda yaranmış vəziyyəti Qarabağda özləri üçün fürsət kimi sui-istifadə etməsinlər, amma onlar (ermənilər – Ə.R.) çağırışı qəbul etməyiblər.

 

19 avqust 1993-cü il

Əfqanıstanın baş naziri cənab [Gülbəddin] Hikmətyar gəldi. O, mülki və siyasi işlərdə kömək göstərilməsini, ölkənin müxtəlif işləri üçün ixtisaslaşdırılmış kadrların hazırlanmasını xahiş etdi. Xüsusən, əfqan döyüşçülərinin Azərbaycana yardım üçün göndərilməsini və daha çox da Tacikistanda milli birlik hökumətini yaratmaq üçün səyləri artırmağa çağırdı. Dedi ki, [general Əbdülrəşid] Dostum Qərb tərəfindən dəstəklənir və ölkəni işğal etməyə hazırlaşır; Əhməd Şah Məsuda da inamsızlığını ifadə etdi.

 

15 oktyabr 1993-cü il

[Qızıl Aypara Təşkilatının rəhbəri] koktor [Seyfullah] Vəhid Dəstcerdi gəldi. Məruzədə Dağlıq Qarabağ müharibəsi qaçqınları üçün Azərbaycan ərazisində bir düşərgənin qurulması, habelə Hindistan, Gürcüstan, Tacikistan və Livan xalqlarına yardım göstərildiyi bildirilirdi.

…Evə özümlə çoxlu hesabatlar aparmışdım, bütün vaxtımı aldılar. Orta Asiya və Qafqaza səyahət proqramını oxudum. Doktor Vilayəti telefonla məlumat verdi ki, Azərbaycan prezidenti [Heydər Əliyev] mənim də bu səfərə çıxmağıma təkid edir. Qəbul etdim.

 

27 noyabr 1993-cü il

Bu gün yağış yağdı. Səhər saat 9 idi. “Qüds” Qüvvələrinin komandanı [cənab Əhməd Vahidi] və yoldaşları gəldi. “Sepah”dan cənab Qaaninin Azərbaycan Respublikasına səfəri barədə məlumat verir, hərbi hazırlıq, tədarük və təşkil təmin edir. Bakı yaxınlığında qarnizonumuz var. Bosniyanın Xorvatiya ilə raket sövdələşməsinə verdiyi yardım, cənab İzzetbeqoviçin xahişi ilə onlardan silah əldə etmə, habelə azərbaycanlıların və ermənilərin razılığı ilə Mil-Muğan və Xudafərin anbarlarının qorunması məsələsini müzakirə etdik.

 

5 dekabr 1993-cü il

Sonra Azərbaycan Milli Məclisi sədri [Rəsul Quliyev] və xarici işlər naziri cənab Həsənovla birlikdə gəldi. Siyasətlərinə dair açıqlama verdi: gələcəkdə Azərbaycanın bir hissəsini kütləvi şəkildə ermənilərdən geri alacaq, sonra güc mövqeyindən sülh müzakirəsi aparmaq və Qarabağın onlara məxsus olduğunu qəbul etdirmək istəyirlər. Bizdən silah-sursat, yol, təbliğat, habelə siyasi və kəşfiyyat sahəsində kömək istədilər.

 

5 iyun 1994-cü il

Aşqabad sammiti ərəfəsində Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqlar barədə məlumat gəldi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam