Misirdə, Nil çayının qərb sahilində, Qahirənin yaxınlığında yerləşən Qiza şəhərindəki Sakkara nekropolunda aparılan arxeoloji qazıntılar nəticəsində fironlar dövrünə məxsus onlarla pişik və şir mumiyaları, həmçinin, pişik heykəlləri çıxarılıb.

Yenixeber.org: Bu, Misir tarixində ilk olacaq

Misirin tarixi əsərlər naziri Xalid əl Anani qazıntılardan sonra açıqlama verərək, bunun fironlar dövrünə məxsus bir muzey yaradacaq böyüklükdə kəşf olduğunu və çıxarılan tarixi əsərlərin tədqiqi bitdikdən sonra bunun ölkə tarixində ilk dəfə ola biləcəyini qeyd edib. Arxeoloqlar müxtəlif ölçülərdə, taxtadan və tuncdan hazırlanmış 75 pişik heykəli və yenə də içərisində mumiyalanmış pişiklərin olduğu, heroqlif yazıları ilə bəzədilmiş 25 sandıq çıxarıblar.

            İlk dəfə aslan mumiyasına rast gəlindi

Sandırların içrisində 5 ədəd böyük pişik mumiyası vardır və bunlardan ikisinin şir balaları olduğu ehtimal edilir. Anani bu mumiyaların şirlərə məxsus olduğunun isbat ediləcəyi təqdirdə, bunun ilk dəfə aslan mumiyasının kəşfi demək olacağını bildirib. Qazıntılarda fironların müqəddəs hesab elədikləri Apis öküzü, keçmiş fironlara məxsus heykəllər, qızıl maskalar və aslan skeletləri də tapıldığı bildirilib.