Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ekspertlər: "Azərbaycanın işğal olunmuş ərazilərində..."

"Azərbaycanın işğal olunmuş ərazilərində aparılan arxeoloji qazıntılar beynəlxalq hüququn və mövcud sazişlərin açıq-aşkar pozulması deməkdir".

Yenixeber.org:   Hələ ötən əsrin 90-cı illərindən Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonu ərazisində geniş arxeoloji qazıntılar aparır. Görəsən, bu canfəşanlığın səbəbi nədir? Məsələ burasındadır ki, erməni tarixçilərin timsalında Ermənistan rəsmi təbliğat maşını məhz Ağdam rayonunda vaxtilə qondarma “Böyük Ermənistan”ın Tiqranakert (Ağdam) adlı paytaxtının yerləşdiyini iddia edir. Yəni bütün bu arxeoloji təlaşın səbəbi və məqsədi birdir – Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq.

“Ermənistan bu torpaqlara sahibliyinin qanuni olduğunu, Dağlıq Qarabağda ta qədimdən erməni mədəniyyətinin mövcudluğunu, eyni zamanda türk mədəniyyətinin buralarda olmamasını sübut etməyə çalışır. Ona görə də onlar sırf siyasi məqsədlərlə qazıntılar apararaq erməni nümunələri donunda təqdim etməyə yararlı olan hansısa artefaktlar tapmağa ümid edirlər”, – rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov “Report”a bildirib.

 

Sergey Markov

Rusiyalı politoloq, Siyasi Araşdırrmalar İnstitutunun rəhbəri Sergey Markov

"Tarixin siyasi məqsədli oyunlara alət edilməsi tarixin saxtalaşdırılmasına, dünya mədəniyyətinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır".

 

“Təəssüf ki, bütün bunlar sırf siyasi məqsəd daşıdığından işğal olunmuş torpaqlarda azərbaycanlıların mədəni irsininin məhv edilməsi təhlükəsi var. Yəni onlar Dağlıq Qarabağda azərbaycanlıların mədəni irsinə dair maddi sübutlar tapsalar, həmin artefaktlar məhv edilə bilər. Belə ki, müasir Ermənistanın paytaxtı İrəvan şəhərində azərbaycanlıların yaşadığını sübut edən İrəvan xanlığına aid artefaktların xeyli dərəcədə saxtalaşdırıldığı, yaxud dağıdıldığı yaxşı bilinən həqiqətdir. Tarixin bu cür siyasi məqsədli oyunlara alət edilməsi tarixin saxtalaşdırılmasına, dünya mədəniyyətinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Bu da çox təhlükəli cərəyandır”, – rusiyalı politoloq bildirib.

Ümumiyyətlə, işğalçılar tərəfindən qanunsuz olaraq, yəni beynəlxalq hüquq normalarını tapdalamaqla aparılan arxeoloji qazıntılar əslində vandallıq nümunəsi olaraq səciyyələndirilməlidir.

“Ermənistan tərəfindən işğal faktı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, başqa beynəlxalq və regional təşkilatların sənədləri ilə təsdiq olunur”.

Bunu Qırğız Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru professor Kayrat Osmanəliyev “Report”a bildirib. 

O deyib ki, hərbi işğalın rejimi, bununla bağlı hüquqi normalar 1907-ci il IV Haaqa konfransında qəbul edilmiş müvafiq beynəlxalq sazişlərdə, habelə 1949-cu il Cenevrə Konvensiyası və onlara əlavə 1977-ci il protokollarında təsbit olunur: "Adı çəkilən beynəlxalq hüquqi sənədlərə görə işğalçı dövlət insan hüquqlarına hörmət etməli, əhalinin deportasiyasına və kütləvi divan tutulmasına yol verməməli, özəl mülkiyyəti, habelə icmaların, dini, təhsil, elmi vs. qeyri-dövlət təşkilatlarının əmlakının toxunulmazlığına riayət etməlidir. Yəni məsələn, məscidlərin dağıdılması və əmlakın qarət olunması beynəlxalq hüquq normalarını pozmaq deməkdir”.

Ekspert eyni zamanda Azərbaycan tarixinə aid nümunələrin erməniləşdirilərək saxtalaşdırılması hallarını “ilk növbədə Ermənistan tərəfinin nüfuzuna xələl gətirən adi bir dələduzluq” olduğunu diqqətə çatdırıb.

 

Leyla Abdullayeva

Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva

"Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi, bu abidələrin mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir".

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi, bu abidələrin mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir: "Ermənistanın hərbi işğal altında saxladığı ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən qanunsuz arxeoloji qazıntılar aparması beynəlxalq humanitar hüququn, UNESKO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvensiyasının, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun İkinci Əlavə Protokolunun müddəalarının kobud şəkildə pozulmasıdır. Bu qanunsuz fəaliyyətinə görə işğalçı ölkə Ermənistan birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır".

 

Piter Teys

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert professor Piter Teys

"Azərbaycanın Ağdam rayonundakı qazıntılar beynəlxalq qanunları və sazişləri açıq-aşkar pozmaqdan başqa bir şey deyil".

 

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Azərbaycanın tədqiqatçısı professor Piter Teys Ermənistanın Azərbaycana qarşı çoxşaxəli cinayətlər törətdiyini söyləyib: “Ermənistan rəhbərliyi son qərinə ərzində Azərbaycan xalqına, arxeoloji və tarixi mirasına qarşı çox sayda dəhşətli cinayətlər törədib. Azərbaycanın Ağdam rayonundakı qazıntılar da beynəlxalq qanunları və sazişləri açıq-aşkar pozmaqdan başqa bir şey deyil”.

Onun fikrincə, Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən arxeoloji abidələrin dağıdılmasına dair beynəlxalq birliyin və UNESKO-nun susması Azərbaycanın milli maraqlarına və tarixi mirasına dair beynəlxalq təsisatların tətbiq etdiyi ikili standartların daha bir eybəcər nümunəsidir. Beynəlxalq oyunçuların məlum sükunəti çox zərərlidir və Qafqaz regionundakı gərginliyin daha da artmasına rəvac verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam