Balaca vaxtı çəpişlərin qulağını dişləməyi çox sevən deputat Naqif Həmzəyev Gəncə tarixində ən uğursuz millət vəkillərindən biridir.
Yenixeber.org: Sabiq icra başçısı Elmar Vəliyevin müavini olmuş, onun hesabına karyera yüksəlişi yaşayan, deputat mandatına sahiblənmiş N.Həmzəyev parlament fəaliyyətinin son günlərini sayır.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, N.Həmzəyevin Gəncə şəhərinin yeni rəhbərliyi ilə bir o qədər sıx, isti münasibətləri yoxdur.
Təzə icra başçısı Niyazi Bayramov onu özünə yaxın buraxmır, icra hakimiyyətinin tədbirlərinə təsadüfən dəvət alır. Ümumiyyətlə, onun deputatlıq karyerası Gəncə və gəncəlilər üçün bitmişdir.
Ölkənin ikinci şəhərinin camaatı nüfuzlu, ziyalı bir şəxsin Gəncəyə deputat görürlər. E.Vəliyevin “sağ əli” olmuş, seçicilərinin problemlərini həll etmək iradəsinə malik olmayan bir gəncin deputatlığı tələskənlik idi. O, E.Vəliyevdən sonra tamamilə gücünü itirib, sözünü eşidən də yoxdur.
Belə iddialar var ki, Gəncənin yeni icra başçısı bu deputatla əlaqə saxlamır. Onların indiyə qədər görüşü də olmayıb. N.Bayramov yeni komandası ilə işləyir, Gəncədə müəyyən müsbət işlər həyata keçirib və onu N.Həmzəyev maraqlandırmır.
Yeni Azərbaycan Partiyasının üzvləri özlərini Heydər Əliyev yolunun davamçıları sayırlar. Onlar Əliyevçi adlandıranlar da var.
Yəni, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı Heydər Əliyevin adına bağlıdır. Amma bəzi YAP üzvləri var ki, onlar heç də Əliyevçilər deyil. N.Həmzəyev YAP-ın Gəncə təşkilatının sədri kimi Əliyevçi yox, Vəliyevçidir.
Onların sözlərinə görə, millət vəkili şəhərin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında onun hüquqlarının müdafiəçisidir. Onun seçicilərin problemi ilə maraqlanması yadına da düşmür.
Həm də nə olsun ki deputatdır?! Bu cavan oğlanın elə bir ciddi siyasi çəkisi yoxdur. Elmar Vəliyevin diktəsi ilə hərəkət edirdi. Elə ki, Vəliyev getdi, Həmzəyevin də dövranı başa çatdı.
Onun bacanağı Arif və qardaşı Saqif Gəncədə “meydan sulayır”dılar. İndisə heç biri “at oynada” bilmirlər. Rəsulzadəni vətən xaini adlandıran Həmzəyev BDU-nun tarix fakultəsini bitirib. Amma ona tarixi tədrisdə deyən olmayıb ki, təhsil aldığı ali məktəb Rəsulzadənin adını daşıyıb.
Onu da deyən olmayıb ki, prezident İlham Əliyev cənabları indiki Azərbaycanın Rəsulzadə və silahdaşlarının bizim üçün əsasını qoyduğu AXC-nin varisi adlandırıb.
Gəncədə ilk dəfədir ki, belə bir cavan, naşı və gəncəlilər arasında nüfuzu olmayan adamı deputat qoyublar. Gəncə tarixi və ziyalılar şəhəridir.
2020-ci il seçkilərində Həmzəyevin adı mandatlılar siyahısında yer almayacağı deyilir. Bu təkcə Rəsulzadə haqda fikirlərinə görə deyil, fəaliyyətindəki passivliklə əlaqələndirilir.
Vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd etməyib.
Mətbuatda gedən iddiaya görə, buna səbəb həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olması idi.
Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib.
Bundan başqa o dönəmlərdə mətbuatda sabiq nazirin xeyrinə məqalələrin hazırlanması və yerləşdirilməsində də müstəsna xidmətləri olub.
Və bu barədə məlumatları gizlətməkdə məqsədi adının yenidən sabiq nazirlə birlikdə hallanmasını istəməməsidir.
Çox maraqlıdır ki, Naqif Həmzəyev Fərhad Əliyevlə yanaşı, Azərbaycan hakimiyyətinə qarşı çıxmış və onu sərt formada tənqid edən digər bir qalmaqallı siyasətçinin də yanında yer alıb.(cahan.info)