Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

5 saylı uşaq evi nazirin atasının adına özəlləşib?

 

Mikayıl Cabbarovla bağlı təptəzə ilginc məlumatlar yayılmaqdadır.

"Xeberinfo.com":  Məlumatda bildirilir ki, prezident İlham Əliyev tərəfindən bir müddət əvvəl özəlləşdirilməyə təqdim olunmuş məktəbəqədər təhsil müəssisələri - özəlləşdirildikdən sonra təyinatı üzrə deyil, başqa məqsədlər üçün istifadə edilir. Bir sözlə, məktəbəqədər təhsildə aparılan islahatlar və özəlləşmələr birmənalı olaraq bölgələrdə unudulur. Hətta, Mikayıl Cabbarovun özü belə bu təyinatda olan binaların özününküləşdirilməsi ilə məşğul olaraq qanulara qarşı çıxdığını ortaya qoyur. Yəni cənab Cabbarov, Misir Mərdanovun atasına rəhmət oxutdurur. Məsələn, Gəncə şəhəri Vatutin küçəsində yerləşən 5 saylı uşaq evi xüsusi əhəmiyyət kəsb etsə də, nazirin atası Çingiz Cabbarovun adına özəlləşdirilərək ev kimi istifadə edilib. Deyilənə görə oğul Cabbarov, ata Cabbarova bu binanı hədiyyə edib. Və həmin binanın ən yüksək səviyyədə təmir edilməsini Gəncə şəhərində yerləşən Humanitar kollecin direktoru Fəxrəddin Zamanova tapşırıb. Hər halda bunu Fəxrəddin müəllimin müəyyən yerlərdə fəxrlə səsləndirməsi də böyük hikmətə söykənir desək yanılmarıq . Fəxrəddin Zamanov isə rəhbərlik etdiyi kollecin 3 minə yaxın tələbəsindən yay- semestr imtahanları və buraxılış qruplarından diplom- müdafiəsi üçün yığdığı rüşvətlə ona tapşırılmış işi yerinə yetirməyə, uşaq evini təmir etdirməyə böyük səy göstərərək əlindən gələni əsirgəmir. Hətta o bunu özünə fəxr bilib, nazirə yaxın olması ilə əlaqələndirməkdən belə çəkinmir. Avropa standartları səviyyəsində gedən təmir isə Vatutin küçəsində yerləşən 5 saylı uşaq evinin təkrar təyinatı üzrə istifadə edilməyəcəyindən xəbər verir. Fəxrəddin Zamanov hər bir tələbədən yığdığı 300 manat rüşvət hesabına keçmiş bağçanın binasını tez bir zamanda təmir etdirib nazirə təqdim etmək istəyini də gizlətmir. Çünki, bu iş onun istiqbalı və gələcəyinə qarantdı deyən mənbə medianda da narazı olduğunu yazır. Mənbə bildirir ki, son günlər cənab Zamanovun kollecdə baş alıb gedən rüşvət əməliyyatı barədə ölkə mətbuatı kifayət qədər tənqidi məqalələrlə çıxış etsə də, həmin yazılar sonradan işıq üzü görmədi...
Azerinews.tv-yə müraciət edən mənbə onuda bildirir ki, nazirin apardığı islahatlar təhsilin inkişaf etdirilməsi deyil, təhsildə rüşvətin yığılmasında yeni bir mərhələnin başlandığıcını müəyyənləşdirir. Çünki, təhsildə həyata keçrilən özəlləşdirilməsi mümkün olan bütün binaların hər biri Mikayıl Cabbarov və ona yaxınlığı ilə seçilən şəxslərin adına miras edilməsi danılmaz faktdır. Mövzuya qayıdacağıq, bizi izləyin.Qrşı tərəfin mövqeyini dərc etməyə hazırıq (azerinews.info).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam