Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Arif Əsgərovun daha bir kadrı vurulur

 

Gəncə dəmiryolu İnfrastruktur Departamentinin 5 saylı müəssisəsinin kollektivi qurumun daxilində yaranmış vəziyyətdən son dərəcə narahatdır

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Bölgəxəbər.com-a daxil olan məlumatlarda bildirilir. Bu xüsusda aldığımız açıqlamalarda bildirilir ki, müəssisənin direktoru vəzifəsinə Aydın Cabbarov təyin olunandan sonra bütün peşəkar kadrları işdən uzaqlaşdırıb və özünə yeni komanda yığıb. Onun bu siyasətinin arxasında isə, vakansiyalar yaradıb, ora pulla başqa işçilər götürmək istəyi dayanır. İndiyədək ixtisar edilən işçilərin sayı artıq 120 nəfəri ötüb. Bu iddialar 5 saylı müəssisənin ixtisara salınan bir qrup işçisi tərəfindən KİV-ə, o cümlədən bizim redaksiyaya ünvanlanmış şikayət məktublarında ortaya qoyulmuşdu. Son vaxtlar isə, Aydın Cabbarovun 5 saylı müəssisə kimi strateji əhəmiyyətli və 1000 nəfər işçisi olan qurumun rəhbəri olaraq yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları getdikcə daha da artıb. Artıq qeyd olunduğu kimi, Aydın Cabbarov hələ 2013-cü ildə Soyuqbulaq stansiyasında dördüncü yolda hərbi dalan yolunu söküb dağıdıb. Demontaj olunan relslər isə Ağstafaçayın sahili boyunca yerləşən daş və çınqıl karxanalarına dəmiryolunun çəkilməsində istifadə olunub. Həmin karxanaların sahibləri ilə işbirliyinə girən rəis onların yüklərini birbaşa stansiyaya daşıyıb vaqonlara yükləmək üçün ayrıca dəmiryol xətti çəkdirib. Bununla dəmir yoluna 350 min manatlıq zərər vurulub. Həmçinin bir müddət əvvəl Ağstafa şəhər sakini Nofəl Quliyev tərəfindən təqdim olunmuş açıqlamalarda Aydın Cabbarovun özbaşınalıqlarına dair bir neçə konkret faktlar öz əksini tapmışdı. Nofəl Quliyev ilk növbədə Aydın Cabbarovla bacanaq olduğunu bildirmiş, daha sonra isə öz ərizəsində A.Cabbarovun həm məişət pozğunluğuna, həm də dələduzluq əməllərinə dair ağır ittihamlar irəli sürmüşdü. Daxil olan məlumatlarda bu da bildirilirdi ki, Aydın Cabbarov işlədiyi müddət ərzində vəzifəsindən su-istifadə etməklə, ölkənin müxtəlif regionlarında xüsusi mülk sahibinə çevrilmişdir. Bu mülklərin arasında Ağstafa rayonunda iki şəxsi ev, Gəncədə bir şəxsi ev, Bakıda daha bir şəxsi ev də vardır. Müəssisənin əməkdaşlarının xüsusi narazılığını doğuran əsas məqam isə bu idi ki, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanovun himayəsində olduğu iddia edilən A.Cabbarovun bu kimi əməlləri rəhbərlik tərəfindən qətiyyən araşdırılmır. Lakin mövzuya dair son dərc etdiyimiz materialda da qeyd etdiyimiz kimi, nəhayət ki, Gəncə dəmiryolu İnfrastruktur Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəisi Aydın Cabbarovun yarıtmaz fəaliyyəti və qanunsuz əməlləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin də diqqətini cəlb etdi. Belə ki, aldığımız məlumatlarda artıq QSC rəhbərliyi tərəfindən Aydın Cabbarovun fəaliyyətinin nəzarətə götürüldüyü qeyd olunmuş, vurğulanmışdı ki, Aydın Cabbarov şəxsən Əlirza Süleymanov tərəfinən baş idarəyə çağırılıb. Məlumatlı şəxsin verdiyi açıqlamaya görə, Aydın Cabbarova mənimsədiyi dövlət vəsaitlərini geri qaytarmaq üçün iki ay möhlət verilib. Bu xüsusda son aldığımız məlumatda isə, rəhbərlik tərəfindən irəli sürülmüş bu tələbin Aydın Cabbarova qarşı görüləcək heç də yeganə tədbirin olmayacağı vurğulanır. Bildirilir ki, müəssisə rəhbərinin vəzifədən alınması məsələsi artıq həll olunub. Mənbə Aydın Cabbarovun əmrinin konkret nə zaman veriləcəyi barədə açıqlama verməsə də, bunun ən yaxın günlərdə baş verəcəyini də istisna etmir. Hətta ola bilsin ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Aydın Cabbarova mənimsədiyi dövlət vəsaitlərini geri ödəmək üçün verilmiş möhlətin başa çatmasını da gözləməsin... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam