Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ŞRİ-LANKADA XRİSTİANLARA QARŞI TERAKT MÜSƏLMAN VƏ İNDUİSTLƏRƏ DƏ MESAJDIR:“Şri-Lanka yalnız buddistlər üçündür!” – Araşdırma

Anna Zvertal

Der Standard (Avstriya), 22.04.2019

 

Şri-Lankada vətəndaş savaşının bitməsindən on il ötüb. Tamillər buddistlərin üstün olduğu adada öz dövlətlərini qurmaq uğrunda hökumət qoşunlarına qarşı vuruşublar. “Tamil-İlamın azad edilməsi pələngləri” üsyançı hərəkatı 1983-cü ildən öz məqsədi uğrunda bütün üsullarla döyüşüb.

Yenixeber.org: AB də başqaları kimi onu terrorçu təşkilat sayır. O zamankı prezident Mahinda Racapaksa 2009-cu ildə sərt tədbirlər görüb. Yüzlərlə tamil fəal tərk-silah edilmişlər üçün düşərgələrə düşüb, başqaları qisas alınarkən öldürülüb. Hər iki tərəf hərbi cinayətlərdə ittiham olunur və işlər indiyədək bağlanmayıb.

Şri-Lankanın yavaş-yavaş özünə gələcəyi və dərin  çatların dolacağına ümidlər bu bazar günü pasxasında puç olub. Turist ölkəsində baş verənlər savaşdan sonra adada ən qanlı terakt oldu. Terrorçuların kilsələrə və təmtəraqlı otellərə hücumu nəticəsində 290-dan yuxarı adam öldürülüb (indiki anda bu rəqəm 310-a çatıb-tərc.) 500-dən çox ziyan çəkən xəstəxanalardadır.

Müdafiə naziri müavini Ruvan Viyevarden bazar günü qeyd edib ki, günahkarlar müəyyən olunur. O, “terakt”dan və ”ekstremist qruplar”dan danışıb. Polisin məlumatına görə, ən azı, iki hücumü ölümçülər həyata keçirib. Ölkənin baş naziri Ranil Vikramasinqhe telemüraciətdə bildirib ki, 13 adam həbs olunub, hamısı şri-lankalıdır. Terrorçuların hansısa beynəlxalq şəbəkəyə bağlı olub-olmadıqları hələlik müəyyən edilməyib.

Şri-Lankanın xüsusi xidmətləri faciədən bir neçə gün qabaq mümkün hücum haqda məlumat alıb. “Frans-Press”agentliyi qabaqlar məlumat verib ki, islamçı terror təşkilatı teraktlar planlaşdırır.

 

                                     Radikal tendensiyalar

 

Şri-Lankada dini-siyasi iqlim son aylarda yenidən kəskinləşib. Ölkənin 22 milyon əhalisindən 70%-i buddistlər, tam 12 %-i (tamillərin aid olduqları) induistlər, 10%-i müsəlmanlar və 7%-i xristianlardır.

Adada Şri-Lankanı sırf buddist milləti sayan və onu başqalarından “qorumaq” istəyən buddist radikal qruplaşmalar inkişaf edir. Asiya üzrə tarixçi və ekspert Daqmar Helmann-Racanayaqam hesab edir: “Cənubi-şərqi Asiyada bir çox proseslər sarsıyır”.

Şri-Lankada 2009-cu ilədək buddistlətr tərəfindən hücum və sıxışdırılma obyekti, tamillər, sonra müsəlmanlar olub. Qorxu üstün gəlir ki, çoxluq azlıq tərəfindən təhlükəyə düçar olacaq və darmadağın ediləcək.

Buddist “nifrət vaizləri” sosial şəbəkələrdə və “Yutub”da özlərinin aqressiv ismarıclarını yayırlar: “Bəli, biz ekstremist və irqçiyikik”, – deyə Sinqal rahibi Qalaqoda Qnanasara 2014-cü ildə tüğyan edən kütləyə müraciət edərək aydın bəyan edib. Qnanasara o zaman səfeh ad çıxarmış, 2012-ci ildən qeyri-buddistlərə qarşı çıxıç edən  “Buddist gücünün ordusu” (Bodu Bala Sena) təşkilatının baş katibi idi. O, avqustda qorxutmaya görə mühakimə olunub və həbs müddətinə də məhkum edilib.

 

                                   Müsəlman və xristianlara hücumlar

 

Amma onun çoxsaylı tərəfdarları da var. Müsəlmanlara qarşı zorakılıq aksiyaları təkrar-təkrar baş verir – o cümlədən qurbanlarla. “Buddist gücünü ordusu” Myanmadakı buddist radikal təşkilatlarla da, məsələn, “969” hərəkatıyla işbirliyi aparır. Onun lideri rahib Aşin Viratu özünü “Birma bin Ladeni” adlandırır. Onu rohinyalara qarşı zorakılığı qızışdırmaqda ittiham ediblər. Hindistan jurnalisti Vişal Arora hələ bir neçə il qabaq xəbərdarlıq etmişdi ki, buddistlər tərəfindən müsəlmanların təqibi islamçı təşkilatları hücum hədəflərinin siyahısını genişləndirməyə təhrik edə bilər.

Lakin Şri-Lankada xristianlar da buddistlər tərəfindən təqib və ayrı-seçkiliyin təkrar-təkrar qurbanı olurlar. NGEAL yerli kilsə idarəsi məlumat verib ki, buddist rahiblər xristian kilsə ibadətlərinin keçirilməsinə müntəzəm mane olmağa çalışırlar. 2018-ci idlə xristianlara və təşkilatlarına qarşı 86, 2019-cu ildə – bu bazar gününə qədər – 26 təhdid və zorakılıq hadisəsi olub.

 

                       “Şüurlu şəkildə xristianlara və əcnəbilərə qarşı yönəlib”

 

İndiki dağıdıcı hücumlar adada zorakılığın tarixində yeni fəsil açıb. “Hücumlar şüurlu şəkildə xristian və əcnəbilərə qarşı yönəldilib, – Helmann hesab edir. – “Tamil pələngləri” xristianlara heç vaxt basqın etməyiblər, son illərin hüücumlaırna baxmayaraq, müxtəlif yönlərin xristianları isə heç vaxt terror aktlarına əl atmayıblar”.

Söhbət, hər şeydən qabaq, buddistlər və müsəlmanlar arasındakı zorakılıqdan gedib, bəzən buddistlərin basqınları baş verib, amma bazar günündəki miqyasda deyil.

Baş nazir Vikramasinqhe telemüraciətdə vurğulayıb: “Biz Şri-Lankada terrorizmin baş qaldırmasına yol vermərik. Terrorizmi məhv etmək üçün bütün tədbirlər görülür”.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam