Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Sipark” rəhbəri Seymur İsayev şərikini vəhhabi kimi tutdurubmuş -MTN ÇETESİNİN NÖVBƏTİ CİNAYƏTİ İFŞA OLUNDU

 

Bakıda məşhur tikinti şirkəti, bəzi teleserial və verilişlərin sponsoru olan "Sipark” rəhbəri haqda qalmaqallı xəbərlər səngimir.
Yenixeber.org: Şirkətin rəhbəri Seymur İsayev şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.
MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda gedən məlumatlarda və bir müddət əvvəl musavat.com-un məqaləsində (http://musavat.com/news/gundem/adi-mtn-ishine-qarishan-mugenniden-yeni-musavata-shok-achiqlama_354523.html ) qeyd olunub.
S.İsayevin "Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisə "Sipark” rəhbərinin Çovdarova müraciəti ilə nəticələnib.
Seymur İsayev
A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.
Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar. Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Yada salaq ki, "Sipark” şefinin digər ortaqlarından biri iş adamı Famil Xəlilov olub. F.Xəlilovun adı müğənni Şəbnəm Tovuzlu ilə sevgili olmaqda hallanıb. Sonra iş adamı da sevgilisini MTN-ə çağırdıb. Çovdarova müğənniyə təzyiq göstərib ki, sevgilisinin ona bağışladığı mülklərdən imtina eləsin.
 
 
 Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov
Qeyd edək ki, "Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində "Sipark İnşaat”, "Sipark Turizm”, "Sipark Otelçilik”, "Sipark Əmlak”, "Sipark Media” kimi qurumlar fəaliyyət göstərir. "Sipark”ın baş ofisi İstanbuldadır. Hörmətli S.İsayevlə əlaqə saxlamaq istəsək də, şirkətdən Bakıda olmadığı deyildi. Mövqeyini dərc etməyə hazırıq.(AzEuroNews.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam