Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Venesuelanın 21 trilyon dollarını oğurlayan ABŞ…Vaşinqton niyə Venesuelada humanitar böhran olduğunu iddia edir? – Araşdırma

svpressa.ru, 10.03.2019

Pol Roberts

 

Yenixeber.org: Mətbuat fahişələrinin Venesuelada “humanitar böhran” tipli feyk xəbərlər quraşdırdığı, amma Yəmən və Qəzzadakı gerçək humanitar böhranlara göz yumduqları sizə şübhəli görünmürmü?

Sizə elə gəlmir ki, Birləşmiş Millətlər Təşkilatının durumu dəyərləndirmək üçün Venesuelaya göndərdiyi ekspert Alfred Moris de Zayas Qərb KİV-ləri və ya hökumətləri tərəfindən, heç olnasa, hansısa bir maraq doğurmayanda, doğrudan da, kiflənmiş nəsə var?

Sizə elə gəlmir ki, Vaşinqton Venesuelaya məxsus 21 trilyon dolları oğurlayanda, bu ölkəni qarışdırmaq və Venesuela hökumətini dizüstə qoymaq, “xalqda aclıq yaranmasın”da Venesuela sosializmini (özəlliklə neft şirkətinin milliləşdirilməsi) ittiham etmək cəhdiylə ona qarşı sanksiyalar tətbiq edəndə, sonra isə miskin 21 milyon dolları “humanitar yardım” kimi təklif edəndə möhkəm şitini çıxardır?

Birləşmiş Ştatlarda hansısa əsil çap və ya televiziya kütləvi informasiya vasitələri  tamamilə olmadığından internet KİV-ləri – bu sayt kimiləri – şərəfli jurnalistikanın yox olan funksiyasını yerinə yetirmək üçün məsuliyyətdən keçir.

Qaldı ki Venesuelada aclıq və humanitar böhrana, görün, Zayas nə deyir: “Birləşmiş Millətlər Təşkilatınını Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) 2017-ci il mart və 2018-ci il mart tarixli məruzələrində 37 ölkədə ərzaq böhranı sadalanıb. Venesuela Bolivar Respublikası bu sıraya daxil deyil”.

“Venesuela Bolivar Respublikası 2017-ci ildə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Kürəsəl Fonddan tibbi yardım istəyib. Xahiş rədd olunub, çünki Venesuela “qabaqkı kimi yüksək gəlirli ölkədir… və özlüyündə belə bir yardım üçün haqqı çatmır”.

Venesueladakı “böhranı Qəzza, Yəmən, Liviya, Suriya Ərəb Respublikası, İraq, Haiti, Mali, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, ya da Myanma və başqalarındakı böhranla tutuşdurmaq mümkün deyil”.  

Özəl seçilən hökumətləri nüfuzdan salmaq, zorakılıqla devirməyi daha məqbul etmək üçün insan hüquqları sahəsindəki pozğunluqları maksimal şəkildə şişirtmək üçün. İnsan hüquqları rəqiblərə qarşı mübarizədə “silaha dönür”.

Zayas öz məruzəsinin 37-ci bəndində deyir: “Çağdaş iqtisadi sanksiya və blokadaları orta əsrlərdə şəhəri qoruyanları təslim etməyə vadar etmək niyyətilə həyata keçirlən şəhər mühasirəsiylə tutuşdurmaq olar. XXI yüzilliyin sanksiyalarının hədəfi – bir şəhəri deyil, bütöv suveren ölkələri diz çökdürməyə çalışırlar. Ola bilsin, fərq bundan ibarətdir ki, XXI yüzilliyin sanksiyaları “feyk xəbərlər” vasitəsilə ictimai rəyin manipulasiyası, ictimaiyyətlə əlaqələr sahəsində aqressiv strategiyaların gerçəkləşdirilməsi və “insan hüquqları” kimi hədəfin cinayətkar vasitə, üsul və alətlərin tətbiqinə bəraət qazandırdığı təəssüratı yaratamqdan ötrü yalançı hüquq müdafiəsi ritorikasıyla ”müşayiət olunur. Təkcə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsilə və suveren bərabərlik prinsiplərilə tənzimlənən üfüqi hüquq dünyası  deyil, həm də ağalıq edən Dövlətləri hərbi və iqtisadi gücə uyğun olaraq qalan dünyaya bağlayan geopolitik sistemin iyerarxiyasını əks etdirən şaquli dünya var. İndiyədək tamamilə cəzasız qalan geopolitik cinayətləri məhz sonuncu – geopolitik sistem doğurur”.

Zayas Venesuela haqda hərbi hekayəti bürüyüən qütbləşmə və dezinformasiyanın səviyyəsi haqda naharatlıq ifadə edir.“KİV-lərdəki təşvişli kampaniya müşahidəçiləri yanlış fikrə əsaslanan rəyə gəlməyə vadar etməyə yönəlib ki, Venesuela Bolivar Respublikasında “humanitar böhran” var. Müstəqil ekspert “humanitar böhran”ın hərbi müdaxilə üçün bəhanə kimi yalnış istifadə etməyin asan olduğu peşəkarlıq (terminus technicus) olduğu nəzərə alınmaqla mübaliğələrlə ehtiyatlı davranmağa borcludur”.

Siyasi həllə blok qoyulur, çünki “müəyyən ölkələr Venesuela münaqişəsinin dinc həllini görmək istəmir və durumun humanitar böhranın astanasına çatacağı və rejimin dəyişdirilməsiylə hərbi müdaxilə törədiləcəyi gözləntisiylə bu xalqın əzablarını uzatmağa üstünlük verir”.

Vaşinqtonun Venesuelaya qarşı həmləsi müəyyən edilmiş beynəlxalq hüququn pozulmasıdır. “Suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri adi beynəlxalq hüquqa aiddir; bunu Baş Assambleyanın Qətnamələrində, özəlliklə 2625-ci (XXV) və 3314-cü (XXLX) qətnamələrdə, habelə 1993-cü il Vyana bəyannaməsində və Fəaliyyət Proqramında təsbit ediblər. Baş Assambleyanın 1974-cü ildə qəbul etdiyi dövlətlərin iqtisadi hüquq və öhdəlikləri Xartiyasının 32-ci maddəsi nəzərdə tutur ki, heç bir Dövlət başqa Dövləti öz suveren hüquqlarının icrasına məcbur etməkdən ötrü iqtisadi, siyasi və ya hər hansı başqa tədbirdən istifadə etmək hüququna malik deyil”. Amerika Dövlətləri Təşkilatının 4-cü fəslinin 19 maddəsində deyilir ki, “heç bir dövlət və ya dövlətlər qrupu hər hansı səbəbdən istənilən başqa dövlətin daxili və ya xarici işlərinə birbaşa və ya dolayı qarışmaq hüququna malik deyil. Bu prinsip Dövlətə münasibətdə və yaxud onun siyasi, iqtisadi və mədəni elementlərinə qarşı təkcə hərbi güc işlətməyi deyil, müdaxilənin istənilən formasını və yaxud təhdidləri  qadağan edir”.

Zayas məlumat verir ki, bu vəzifənin icrası qorxutma atmosferiylə müşayiət olunur. Qabaqcadan müəyyən edilmiş qəlibə soxmaq üçün onun özünə basqı ediblər. Amerikanın maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarından müstəqil fəaliyyət göstərməməyin xahiş və diktə edildiyi məktublar alıb. Hələ Venesuelaya gəlməmiş FacebookTwitter-də ona qarşı təbliğat kampaniyası başlanıb və bu gedişatda onun düzgünlüyünə şübhələr və önrəyçiliyinə ittihamlar ifadə olunub.

Zayas Vaşinqtonun sanksiya və valyuta manipulyasiyalarının geopolitik cinayət ifadə etdiyi bir vaxtda sual edir ki, sanksiya qurbanlarına hansı  qarşılıqları təklif etmək gərəkdir. O, Beynəlxalq Cinayət Məhkəməsinə Vaşinqtonun yarıac-yarıtoxluqdan və dərman və tibbi avadanlıq çatışmazlığından ölümə gətirə biləcək məcburi tədbirlərini araşdırmağı təklif edir.

Cənab de Zayas BMT-nin 21 ildə Venesuelaya səfər edən və bu haqda məruzə edən ilk vəzifəlisi olduğuna baxmayaraq bildirib ki, ölkədə müşahidə olunan iqtisadi böhranın səbəblərinin araşdırılmasına indiyədək BMT və KİV-lər tərəfindən məhəl qoyulmayıb. İnsan haqları üzrə Şurada, heç olmasa, hər hansı müzakirə olmayıb.

Venesuela dünyada ən böyük neft ehtiyatına malikdir və qızıl, alüminium filizləri, koltan daxil olmaqla başqa təbii resurslarla zəngindir. Amma bunlar Maduro hökuməti dönəmində ABŞ və transmilli şirkətlər üçün əlçatmazdır.

 

Müəllif: Pol Kreq Roberts (Paul Craig Roberts) iqtisad elmləri doktoru, Ronald Reyqan administrasiyasında ABŞ maliyyə nazirinin iqtisadi siyasət üzrə keçmiş müavini. “The Wall Street Journal” qəzetinin, “Businessweek” dərgisinin və “Scripps Howard News Service” informasiya agentliyinin redaktoru və icmalçsı işləyib. Bir zamanlar “The Washington Times” qəzetində daimi köşənin müəllifi olub. Çağdaş dönəmin ən böyük problemlərinə həsr edilən xeyli kitabın müəllifidir.

Tərcümə Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam