Qarındakı piyləri yandıran bitki çayları
Artıq çəkidən xilas olmaq və qarnınızdakı piyləri əritmək istəyirsiniz?
Yenixeber.org "ölkə.az"ın mövzü ilə əlaqədar qısa araşdırmasını təqdim edir.
Qarnınızdakı artıq piylərdən qurtulmaq üçün təbii vasitələrdən faydalana bilərsiniz. Bunun üçün gün ərzində iki fincan bitki çayı içə bilərsiniz.
Təqdim etdiyimiz seçimlərdən istifadə edərək hər həftə müxtəlif bitki çaylarını içə bilərsiniz.
Darçın çayı
Aparılan araşdırmalar darçının qan şəkərini və insulini stabilləşdirdiyi göstərib. Gün ərzində iki fincan darçın çayı içərək iştahınızı tənzimləyib, qarın yağlarınızı əridə bilərsiniz.
Darçın çayının resepti
Bir ədəd quru darçın çubuğunu 1 fincan suda vam xodda qaynadaraq süzün. Çayınız hazırdır.
Qarın piylərini yandırmaq üçün bitki çaylarını günortadan sonra və axşam yeməyindən iki saat əvvəl içə bilərsiniz.
Yaşıl çay
Arıqlamaq istəyənlərin ən böyük köməkçisi yaşıl çaydır.
Yaşıl çayın tərkibindəki faydalı kofein və ekstraktlar yağları yandırır. Gün ərzində iki fincan içmək idealdır.
Yaşıl çay resepti
Bir fincan isti suya bir çay qaşığı toxum yaşıl çay əlavə edərək beş dəqiqə dəmə qoyun. Daha sonra süzərək için.
Çayınızı daha da ləzzətli etmək üçün içinə mixək və ya portağal dilimi əlavə edə bilərsiniz.
Cirə çayı
Aparılan bir elmi araşdırmada cirə çayının bədəndəki yağları sürətlə yandırdığı görülüb. Hər gün iki fincan qəbul edərək artıq yağlarınızı yandırmağa başlaya bilrəsiniz.
Cirə çayı resepti
Bir çay qaşığı cirənin üzərinə bir fincan su əlavə edərək vam xodda qaynadın. Beş dəqiqə gözləyərək süzüb içə bilərsiniz.
Qarın piylərinizi əritməyə kömək edən bitki çaylarının istifadəsi
Qeyd etdiyimiz kimi, hər gün iki fincan günortadan sonra və axşam yemeyindən iki saat əvvəl içmək mütləqdir. Budan əlavə hər həftə çayları dəyişmək lazımdır. Məsələn, bu həftə yaşıl çay içmisinizsə, digər həftə darçın, daha sonra isə cirə çayı içərək daha yaxşı nəticə əldə edə bilərsiniz.
Piyləri əritmək üçün bir çox bitki çayları vardır. Lakin bu üçü ən təsirlisidir.