Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SURİYADA İRANYÖNLÜ VƏ RUSİYAYÖNLÜ GÜCLƏR TOQQUŞDU:döyüşlərdə 70 nəfərin həlak olduğu xəbər verilir

Avigdor Eskin (Qüds)

regnum.ru, 26.01.2019

 

Bunu gizli saxlamağa çalışırdılar, amma gizli olan hətta Yaxın Şərqdə də üzə  çıxır. Suriyanın prezident Əsədə sadiq ordusunda Moskva tərəfdarlarilə mollalığa hazırlanan Tehranyönlülər arasında münaqişə genişlənir. Bu mərhələdə Rusiyanın üstünlüyündən cəsarətlə danışmaq olar.

Yenixeber.org: Yaxşı hazırlanmış və effektli “pələng gücləri” (Qəwət əl-Nimr) Suheyl əl-Həsənin komandanlığı altında ordunun tərkibinə daxildir, amma xeyli dərəcədə müstəqilliyi var. Yada salmaq gərəkdir ki, Dəməşqi məhz bu qoşun birləşmələri qoruyub. Amma, bax, dördüncü diviziya iranlılarla birgə orada sarsıdıcı şəkildə uduzub. Ordunun səkkizinci və doqquzuncu birləşmələri də Moskvaya loyaldır.

Sözügedən dördüncü diviziya isə prezidentin qardaşı Mahir əl-Əsədin komandanlığı altında vəhşiliyi ilə ad çıxarmış “şəbihə” və “respublika qvardiyası”yla bir yerdə İran “inqilab keşikçiləri”nin birbaşa nəzarətindədir.

Rusiya dördüncü diviziyanı buraxmağı prezident Əsədə təkidlə təklif edib. Əsəd qeyri-müəyyənliklə mövzudan yayınıb. İndi isə Suriya ordusunun daxilində rəqabət aparan güclər arasında qanlı toqquşma qızışıb. Bu, yoxlama və dəqiqləşdirmə tələb edir, çünki indiki mərhələdə bizdə bu münaqişə üzrə müxalif qaynaqların məlumatları var, amma biz faktları saxtalaşdıranlardansa onu tez-tez yoxlayanların videomaterialını misal gətiririk.

Əlavə dəqiqləşdirmə tələb edən qaynaqlara görə, əl-Xamədən bir az qərbdə Əsəd ordusunun İranyönlü və Rusiyayönlü gücləri arasında döyüşlər qopub. Toqquşmanın bir neçə günündə öldürülmiş 70 nəfər haqda məlumat verirlər.

 

İİKK

 

Moskvaya loyal Suriya hərbçiləri bir neçə qələbə qazanıb. Onlar yolları və buraxılış məntəqələrini nəzarətə götürüblər. Suriyanın müxtəlif  yerlərindən ən  müxtəlif ölkələrdən İrana sadiq şiə döyüşçülərinin həmin bölgəyə hərəkəti haqda xəbər verilir.

Bununla bağlı Rusiyanın Suriyadakı səfirliyi yanında partlayış haqda xəbər özəl təşvişlə səslənib. Bəziləri bunu həmin hadisələrə bağlayırlar. İran “inqilab keşikçiləri”nin İsrailə sərhədin ətrafında bərkiməkdə yeni səylərini bu kontekstdə nəzərdən keçirmək olar. Bu, Rusiyanın ABŞ və İsraillə Əsəd ordusunun cənuba qayıdışı və İran bölmələrinin ora buraxılmamasını ehtiva edən razılaşmasına birbaşa ziddir. Onlar sərhədin 80 km-lik radiusunda olmamalıdırlar. Buna baxmayaraq, İİKK “əl-Qüds” özəl bölməsinin komandanı general Qasım Süleymani ötən həftə İsrail sərhədinin 30 km-liyində qeydə alınıb. İrana tabe şiələrlə Amerika-Rusiya-İsrail razılaşmasını pozmağa yönələn açıq fəaliyyətə başlayır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun CNN telekanalına bu günki müsahibəsinə də bu kontekstdə baxmaq olar. O, radikal şiə bölmələrinin Suriyanın cənubuna buraxılmaması daxil olmaqla İsrailin təhlükəsizliyinə Rusiyanın tam tərəfdar olduğunu deyib. O, İranla münasibətləri “müttəfiqlik” kimi müəyyən etməyib – “biz Suriyada ancaq əməkdaşlıq edirik”.

Bunu da sübut etmək tələb olunurdu.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam