Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İNTERPOL”UN EKS-PREZİDENTİNİN HƏBSİNİN PƏRDƏARXASI MƏQAMLARI…"Associated Press": "Men Xunvey repressiya dalğasının son qurbanıdır"

Az qala bütün dünyada (192 dövlətdə) cinayətkarların axtarışı ilə məşğul olan bir qurumun öz rəhbərinin adı cinayət qalmaqalına qarışdı. “İnterpol” şefi Men Xunvey sentyabrın 29-da Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yenixeber.org: Yalnız bu gün bəlli olub ki, M.Xunvey korrupsiyada şübhəli bilinir. Bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə, irəli sürülən ittihamlar həmin nazirliyinin Dövlət Nəzarət Komitəsində araşdırılır.

Xunvey “İnterpol”a rəhbərlik etməklə yanaşı, Çinin İctimai Təhlükəsizlik Nazirliyində müavin postunu da tuturdu. Yeri gəlmişkən, Men Xunvey dünən prezidentlikdən istefa verib və bu barədə ərizəsi dərhal qüvvəyə minib. Məlum insident baş verməsəydi, Xunvey 2020-ci ilədək “İnterpol”da prezident postunda qalacaqdı.

“İnterpol”a müvəqqəti olaraq qurumun vitse-prezidenti, Cənubi Koreyadan olan Kim Çen Yan rəhbərlik edəcək. Qurumun 18-21 noyabr tarixlərində Dubayda keçiriləcək Baş Assambleyasının sessiyası çərçivəsində isə yeni prezident seçiləcək.

Xunvey Çinin ictimai təhlükəsizlik nazirinin müavini olduğu üçün tez-tez Liondan (“İnterpol”un baş ofisinin yerləşdiyi şəhər) Pekinə səfər edirdi. O, bu cür böyük posta layiq görülən ilk çinli idi. Eyni zamanda M.Xunvey Çin hüquq-mühafizə orqanlarında yüksək post tuturdu. Ölkənin sahil-mühafizə xidmətinə məsul idi və terrorizmə qarşı fəaliyyətləri, polislərin beynəlxalq əməkdaşlığını koordinə edirdi.

64 yaşlı Men Xunvey ailəlidir, iki övladı var. Son bir neçə ildir ailəsi ilə birgə Lionda yaşayırdı.

Xunveyin xanımı Qreys Men oktyabrın 7-də Fransanın Lion şəhərində mətbuat konfransı keçirərək dünya ictimaiyyətinə çağırış etdi. Və ərinin qəfil həbsi ilə bağlı həqiqətləri üzə çıxarmaq üçün yardım istədi.

Xanım Men mətbuat konfransı boyunca üzünü göstərmədi. Bildirdi ki, bunu özünün və uşaqlarının təhlükəsizliyi üçün edir. Qreys bundan əvvəl ərinə və özünə təhdid zəngləri gəldiyini bildirmişdi.

Məlumata görə, Fransa Daxili İşlər Nazirliyi ailənin təhlükəsizliyini təmin etməyi üzərinə götürüb. Və təhlükəsizlik məqsədilə Men ailəsi yaşadığı evdən başqa ünvana köçürülüb.

Mətbuat konfransının keçirildiyi otelə iki fransız polisin müşayiəti ilə gələn Qreys bildirdi ki, həyat yoldaşının yoxa çıxması ərəfəsində ona iki mesaj gəlib. Qreysin fikrincə, bu mesajlar Xunvey Menin təhlükədə olduğuna dair xəbərdarlıq olub.

Ərinin “zəngimi gözlə” mesajından sonra Qreys ona at və ayı fiqurunun əks olunduğu şəkil göndərib. Dediyinə görə, bu heyvanlar uşaqlarını simvolizə edir. Onlardan biri atı çox sevir, digəri isə ayıya bənzəyir. Dörd dəqiqə sonra Qreysə bıçaq emojisinin əks olunduğu mesaj gəlib.

Bu mesajdan sonra Qreys ərinin təhlükədə olduğunu başa düşüb. “Bu ərimdən gələn sonuncu mesaj idi. Bundan sonra mənə heç kim zəng etmədi və ərim yoxa çıxdı” deyən Qreys daha sonra hər hansı məlumat almadığını, Xunveyin başına gələnlərdən xəbərsiz olduğunu bildirib.

Qreys Men yoldaşının Liondan Çinə tez-tez səfərlər etdiyini, Pekinə son gedişindən əvvəl “İnterpol”un işi ilə bağlı Norveç, İsveç və Serbiyada olduğunu deyib.

Mətbuat konfransından təxminən bir saat sonra Çin Kommunist Partiyasının Mərkəzi Komissiyası qısa bəyanat yayaraq M.Xunveyin qanunu pozmaqda şübhəli bilindiyini və onunla bağlı araşdırma aparıldığını bildirdi. Bu arada, bir gün əvvəl Çin hökumətinə “İnterpol”dan da rəsmi sorğu göndərilərək Xunveylə bağlı məlumat istənilmişdi.

Xunveyin harada saxlanıldığı və digər detallar haqda məlum bəyanatda heç nə bildirilməyib. “İnterpol” baş katibinin Xunveyin istefası ilə bağlı dünən yaydığı xəbər də lakonik olub. Xəbərdə Men Xunveyin harada saxlanıldığı, durumu və s. məlumatlar yer almayıb.

“South China Morning Post” qəzetinin yazdığına görə, “İnterpol”un keçmiş şefinin saxlanılması barədə göstəriş ən yüksək səviyyədə verilib. Qəzet ehtimal edir ki, Men təkcə korrupsiyaya yox, daha ciddi işlərə qarışmış ola bilər.

“Associated Press”in fikrincə, Men Xunveyə Çinin hakim Kommunist Partiyasının həyata keçirdiyi geniş repressiya dalğasının son qurbanı kimi baxmaq olar: “Si Tszinpin, Mao Tszedun dönəmindən sonra Çinin ən qüdrətli lideri hesab olunur. Onun hakimiyyəti dövründə Çində vətəndaş cəmiyyətinə qarşı sərt repressiyalar başlayıb. Fərqli düşünənlərə və siyasi fəallara qarşı təzyiqlər artıb. Bundan başqa Si Tszinpin partiyaya nəzarəti gücləndirmək və siyasi opponentlərini “təmizləmək” üçün genişmiqyaslı antikorrupsiya kampaniyası başladıb”.

Qreys Men “Associated Press”ə müsahibəsində bildirib ki, vəzifə tələblərindən irəli gələrək Xunvey Men Çinin təhlükəsizlik sahəsinə məsul olan yüksək rütbəli məmurları ilə sıx təmaslar qururdu. Bu həmin sahədir ki, uzun müddət korrupsiya, qeyri-şəffaflıq, insan hüquqlarının pozulması ilə assosiasiya olunurdu.

Men Çin Kommunist Partiyasının üzvüdür və Təhlükəsizlik Xidmətinin hazırda korrupsiya ittihamı üzrə həbsdə olan keçmiş rəisi, Siyasi Büronun daimi üzvü Çjou Yunkanla birgə işləmişdi. Qreysin dediyinə görə, həyat yoldaşı bu adamla yola getmirdi.

Ərinin saxlanılması ilə bağlı yayılan rəsmi bəyanata münasibətində isə Qreys Men “Associated Press”ə bunları deyib: “Mən buna inana bilmərəm. Çünki Xunvey Men həyatı boyu Çində qanunun aliliyinə çalışmışdı”.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam