Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kollec direktoru icra başçısı olmaq istəyir? -Əyyub Əyyubov Mingəçevir üçün iddialıdır

 

Kollec direktoru icra başçısı olmaq istəyir? -

Xəbər verildiyi kimi, bir müddət əvvəl Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə şəhər rəhbərliyinə gətirildi.

Yenixeber.org: Mingəçevir Şəhər İcra Hakimiyyətinə isə hələlik yeni təyinat yoxdur.Lakin sözügedən vəzifəyə iddiası olanlar artıq hərəkətə keçiblər,Şəhərdə gəzən şayiələrə görə,vəzifə iddiası ilə xüsusi canfəşanlıq edənlərdən biri də Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovdur. Deyilənə görə,onun Mingəçevirin İcra başçısı vəzifəsində çoxdan gözü var. İndi belə bir şansın yaranması onu bir xeyli ruhlandırıb və bununla bağlı səlahiyyətli havadarlarından dəstək almağa çalışır.Nə isə...

Faktinfo.az-a daxil olan məlumatda bildirilir ki,Ə.Əyyubovun bu iddiası yerli sakinlər arasında bir mənalı qarşılanmır.Hətta deyirlər ki,Ə.Əyyubov İcra başçısı vəzifəsini ,deyəsən, San Marino Universiteti ilə qarışıq salıb. Sakinlərin sözlərinə görə,vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin yaxın dostu kimi, tanınan belə bir şəxsin bu cür iddiaya düşməsi təəccüblüdür. Çünki, Əyyub müəllim bütün respublikada vətəndaşlarımızın diploma sahib olma faizinin yüksəlməsinə öz töhfələrini verən bir şəxs kimi tanınır və həmin ənənənin bünövrəsi hələ “məşhur" San Marino Universitetinin vaxtından qoyulub.

Bütün bunları nəzərə aldıqda isə Əyyub Əyyubovu şanslı biri kimi dəyərləndirmək mümkün deyil.

Məsələ ilə bağlı Əyyub Əyyubovla dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd göstərsək də,mövqeyini öyrənmək mümkün olmadı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam