Amerikanın “Billboard” jurnalı ABŞ-da ən çox pul qazanan musiqiçilərin siyahısını hazırlayıb.

Yenixeber.org: Reytinq cədvəlinə bu il “U2” rok qrupu rəhbərlik edib. Qrup 2017-ci ildə 54,4 milyon dollar qazanmaqla birinci olub.

Musiqiçilırin gəlirinin əksəriyyəti konsertlərdən aldıqları qonorar təşkil edib. İkinci yeri kantri-ifaçı Qart Bruks tutub (52,2 milyon dollar).

Üçüncü yerdə 43,2 milyon dollar gəlirlə “Metalicca” qrupu qərarlaşıb.

İlk 10-luğa daxil olanlar: Bruno Mars (40,7 mln. dollar), Ed Şiran (31,2 mln. dollar), Ledi Qaqa (29,7 mln. dollar), Billi Coel (29,2 mln. dollar), Guns N’ Roses (27,8 mln. dollar), Rocer Uoters (27,2 mln. dollar) və Coldplay (26,2 mnl. dollar).

Siyahıya liderlik edənlərin əksəriyyəti ən çox qazancı verdikləri konsertlərdən əldə ediblər. Top-50-likdə qərarlaşanlardan təkcə Dreyk (8,6 mln. dollar) və Teylor Svift (5 mln. dollar) mahnılarının ən çox dinlənilməsinə və albomlara görə gəlir əldə ediblər.  (qafqazinfo)