Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Müşfiq Rəhimovun 7 milyonu necə batıb ?– Təfərrüat

 

 
   
 bitmap-img6

 

 

 

Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsinin rəis müavini, polis polkovniki Müşfiq Rəhimovun adı mətbuatda vaxtaşırı hallanır. Düzdür, əvvəlki illərə nisbətən Rəhimovun adına saytlarda az rast gəlinir. Bunun da səbəbi Müşfiq Rəhimovun jurnalistlərlə “dostluq” etməsidir. Hər yerdə özünü talış balası kimi təqdim edən M.Rəhimov işini sağlama alıb.

 Yenixeber.org: Belə ki, özünə potensial təhlükə mənbəyi kimi gördüyü medianı xeyli zərərsizləşdirib. O, ölkənin ən aparıcı qəzet, sayt və telekanallarının rəhbərliyi ilə yaxşı münasibətlər qurub. Kiminə bahalı avtomobil nömrələri bağışlayır, bir başqasının yaxınına sürücülük vəsiqəsi alıb verir, digərinin cibinə xərclik qoyur və s. Beləcə, adam dövranını sürdürür.

polis maÅını ile ilgili görsel sonucu
Ona görə də mətbuatın az-az hədəfinə gəlir. Amma o, bütün mətbuatı susdura, dilini-ağzını bağlaya bilməyib. Ara-sıra M.Rəhimov haqda məlumatlar dərc olunur. Növbəti belə məlumat  AzEuroNews.com-a daxil olub. Etibarlı mənbənin saytımıza bildirdiyinə görə, Müşfiq Rəhimov bir neçə ay öncə küllü miqdarda ziyana düşüb. Onun 7 milyon dollarının batdığı deyilir. M.Rəhimovun xeyli sayda obyektlərinin olduğu deyilir. Bu haqda indiyədək mətbuatda çox yazılıb.
M.Rəhimov daha çox pul qazanmaq üçün növbəti dəfə investisiya yatırmaq istəyərkən, oxu daşa dəyib, pis ilişib.  
AzEuroNews.com-a daxil olmuş məlumatda bildirilir ki, Müşfiq Rəhimov “Pokrovka Məhərəm” kimi tanınan iş adamın Məhərrəm Quliyevə 7 milyon dollar pul verərək Moskvada şərikli biznes qurmaq istəyirmiş. Məhərrəmin bu ilin mart ayında Moskvada Rusiya polisi tərəfindən gözlənilmədən həbs edilməsi hər şeyi alt-üst edib. Məhərrəm sərbəst buraxıldıqdan sonra Müşfiq Rəhimova deyib ki, ondan və başqalarından aldığı pulları Moskva hüquq-mühafizə orqanları qeyri-rəsmi müsadirə edib. Deyilənə görə, Məhərrəm Azərbaycandan xeyli sayda adamdan iş görmək adıyla küllü miqdarda pul alıbmış. Müşfiq Rəhimovun Moskva ətrafında tikinti biznesinə girmək üçün “Pokpovka Məhərrəm”ə bu məbləğdə pul verdiyi deyilir.
RövÅÉn LÉnkaranski ile ilgili görsel sonucu
Rövşən Lənkaranski
Bəs əslən Şəmkirdən olan Məhərrəm Quliyevlə Müşfiq Rəhimovu nə birləşdirir? Məlumdur ki, “Pokrovka Məhərrəm” Moskva şəhərindəki “Fud Siti” topdansatış bazarının işlətməçisi olub. Ona vaxtilə Moskvada mərhum Rövşən Lənkaraniskinin himayədarlıq etməsi kimsəyə sirr deyil. Müşfiq Rəhimov da Lənkəranski ilə yaxın olublar (Hər ikisi lənkəranlıdır-red.). Məhərrəmlə də bu xətt vasitəsilə tanış olublar.
İndi Rövşən Lənkaranski yoxdur, Məhərrəm Quliyevin himayədarları da dəyişib. Üstəlik adam həbs edilib, buraxılıb. Ona görə də Müşfiq Rəhimovun 7 milyon dollarını rahatca “fırlada” bilib.
Bir başqa mənbənin məlumatına görə isə M.Rəhimov pulunu geri almaq üçün “Pokrovka Məhərrəm”ə müxtəlif kanallarla təsir etmək üçün fəaliyyətə keçib. Onun əsas gümanı oğru dünyasının avtoritetlərinə çatır. Lakin bir vaxtlar dostluq etdiyi avtoritetlərin hazırda öz aləmlərində mövqeləri zəiflədiyi üçün polkovnikin bu cəhdlərinin boşa çıxdığı deyilir.
Mövzunu davam etdirəcəyik.
Yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam