Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “müəmmalı” təyinatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verən son struktur dəyişikliklərini müşahidə edərkən, qəribə bir mənzərə yaranıb.

Yenixeber.org: Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında olan məlumata əsasən, işində “prinsipiallıq” nümayiş etdirə bilmədiyinə görə işdən çıxarılan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarov yenidən daha böyük vəzifəyə “layiq görülüb”.

Vəzifəsinin öhdəsindən gələ bilməmək ittihamı ilə işdən çıxarılan Bəybala Allahyarov bu dəfə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin edilib.

Maraqlıdır ki, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə işdən azad olunan bu şəxsə bu dəfə daha artıq və daha böyük səlahiyyətlər verməklə geniş bir əraziyə nəzarət tapşırılıb.

Yenicag.az saytına mötəbər mənbənin verdiyi məlumata görə, bu təyinatın əsas səbəbi, onun eks-nazir Hüseynqulu Bağırov və nazir müavini Firdovsi Əliyevlə olan isti münasibətləridir. Bəybala Allahyarovun indiki rəhbərliklə də xüsusi yaxın və müəmmalı işgüzar münasibətlərinin olduğu bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatı sizə təqdim edirik:(yeniçağ)

Səxavət Məmməd

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam