Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ramazan ayının səhərləri– duaların qəbul olduğu zamandır

 

Ramazan ayı paklanmaq, qəlbin təharətləndiyi aydır


Çünki Allah Təala bu ayda edilən tövbələri başqa aylardan daha çox qəbul edər. Əgər insan bu ayda bağışlanmağı bacarmazsa, ziyan çəkənlərdən olar.
Yenixeber.org: Ramazan ayının bütün zamanları fəzilətlidir. Ancaq səhərlərinin xüsusi bərəkət və fəzilətləri vardır. Çünki insan bu zaman Allahla xəlvət edər və hacətlərini deyən zaman diqqəti tək Rəbbində olar.
İbn Tavus nəql edir ki, Ramazan ayı gəlib çatan zaman Peyğəmbərin (s) üzünün rəngi dəyişərdi. Çoxlu namaz qılar və dua edərdi. Bu ayın son on günündə gecələri oyaq qalar və ibadətlə məşğul olardı.
İmam Baqir (ə) buyurur: "Səhər zamanında dua edin. Çünki bu saatda səmanın qapıları açılar, bu zamanda ruzi bölünər, böyük hacətlər bu zamanda yerinə yetər".
Həzrət Peyğəmbər (s) buyurur: "Gecənin son qalan anlarında, yəni fəcin doğmasına az qalmış ki, onu səhər adlandırırlar Allah mələyə əmr edər ki, car çəksin. O, deyər: "Kimsə vardırmı ki, bağışlanma istəsin və bağışlanılsın? Kimsə vardırmı ki, tövbə etsin və tövbəsi qəbul olsun? Kimsə vardırmı ki, xeyir istəsin və yerinə yetsin?"".
Bu hədisdən də göründüyü kimi, səhər elə zamandır ki, dualar yerinə yetər və tövbələr qəbul olunar. Peyğəmbər (s) bu fəzilətli zamana əhəmiyyət verir və İmam Əliyə (ə) buyururdu: "Ey Əli! Səhər zamanı dua et və Allahdan istə! Çünki dua bu zamanda rədd olmaz".
Ramazan ayı - elə bir aydır ki, hər bir oruc tutan müsəlman səhər obaşdan yeməyi üçün yatağından qalxar və fəcr doğana qədər oyaq qalar. Ona görə də hələ ki, bu fürsətimiz var, ondan bəhrələnək. Oyaq qaldığımız bu səhər çağlarında əllərimizi dua üçün qaldıraq və Allahdan böyük hacətlərimizi istəyək. Məsumlarımızın (ə) buyurduğu kimi, əllərimiz boş qayıtmayacaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam