Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yuxarılar”ı boşuna yedirtmirəm” -Cavid Qurbanovun bu “otkat”dan xəbəri var?



“Yuxarılar”ı boşuna yedirtmirəm”
Bəzən rəhbərlərin kərpic-kərpic tikdiyi, qurduğu işləri bir xırda çinovnik öz şəxsi maraqları naminə dağıda bilir. Xüsusilə, rəhbər şəxs fövqəladə məşğuldursa, orada məmur özbaşınalıqları adi hala çevrilir. 

Yenixeber.org: Belə qurumlar arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də adı hallanmaqdadır.

Belə ki, millət vəkili Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri seçildikdən sonra korrupsiya bataqlığına batmış bu qurumu təmizləməyə çalışsa da, köhnələr öz mövqelərini qorumağa müvəffəq olublar. Xüsusilə, əyalətlərdə illərdən bəri korrupsiyalaşmış qruplar kimin rəhbər təyin edilməsindən asılı olmayaraq, öz “dəyirman”larını “işlədirlər”.

Öncədən olduğu kimi, “yuxarılar”ı razı salmaqla, “aşağıdakıları” əzməyə davam edirlər.

Məlumata görə, Şirvan Dəmir Yolu Stansiyasının Mühafizə İdarəsində köhnə üsullar davam edir. Belə ki, işçilər aldıqları maaşın 10 faizini “otkat” olaraq, mühafizə idarəsinin rəisi Səxavət Hacıyevə geri verməkdədirlər. Bundan başqa rəis müxtəlif bəhanələrlə hər üç-dörd aydan bir işçiləri cəzalandıraraq, maaşlarını mənimsəyir.

Onun bu əməllərinə etiraz edən işçilər isə işdən qovulmaqla hədələnir. Şikayətçilər bildirirlər ki, S.Hacıyev onlara bu qurumda işə düzəlməyin minimum 10 min manata başa gəldiyini söyləyərək, onları işlərini itirməklə şantaj edir.

İşçilərin iddialarına görə, hər dəfə “Gedin prezidentə yazın, mənə kimsə toxuna bilməz. Mən boş yerə “yuxarılar”ı yedirtmirəm” deyərək, ona etiraz edənlərə meydan oxuyur.

Maraqlıdır ki, bu şəxsin barəsində ADY Baş Mühafizə İdarəsinin rəisi Mehdi Eldarova şikayət edilsə də, o, bu barədə söylənənlərə etinasız yanaşıb. Qeyd edək ki, M.Eldarovla bağlı da mətbuatda çox ciddi ittihamlar səsləndirilsə də, “Azəryolservis”dən ADY-a transfer edə bildi. Görünən odur ki, Cavid Qurbanov ADY-ni təmizləmək istəsə də, etibar etdikləri çoxdan köhnələrlə dil taparaq, insanları dövlətdən narazı salmaqda davam edirlər.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(yeniçağ)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam