Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Övladları 700 bal toplayan valdeyinlər kimlərdir?

 

      "Xeberinfo.com": 700 bal toplayan abituriyentlər hər kəsin diqqətində olduğu kimi, onların valideynlərinin kimliyi də ictimaiyyətə maraqlıdır. Maraqlıdır, builki qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərin – artıq I kurs tələbələrinin valideynləri hansı sahələrdə çalışırlar?

     Modern.az saytının əməkdaşı bunu nəzərə alaraq, 700 bal yoplayan abituriyentlərin valideynlərinin hansı sahədə çalışdıqları barədə araşdırma aparıb.

      Eltun İbrahimov valideynilərinin hansı ixtisas sahibi olmaqlarından asılı olmayaraq, onlarla hər zaman fəxr etdiyini deyir: “Atam peşə məktəbini bitirib və hazırda qaynaqçı olaraq çalışır. Anam isə Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, amma işləmir”.

 

 

    Nicat Qasımovun hər iki valideyni Tibb Universitetinin məzunudur və bitirdikləri ixtisas üzrə çalışırlar. Onlar hazırda həkim-pediatr kimi fəaliyyət göstərirlər.

     Samir Rzayev: “Anam poliklinikada tibb bacısı işləyir. Atam Vergilər Nazirliyində şöbə müdiridir”.

       Fatimeyizəhra Nəbizadə evdə kimsə xəstə olduğu zaman hamı kimi təlaşa düşmədiklərini deyir: “Çünki anam tibb bacısıdır və belə şeylər bizim üçün o qədər də qorxulu deyil. Atam isə Texnoloji İnstitutu bitirib və energetika sahəsində işləyir”.

    Məmməd Hacılı: “Anam evdar xanımdır. Atam isə Dövlət Neft Şirkətində qurğu rəisi vəzifəsində işləyir”.

İlkin Məmmədzadə anasının onlarla daha çox maraqlandığını deyir: “Anam evdar xanımdır və ona görə də bütün gününü bizə sərf edir. Atam isə Dövlət Sərhəd Xidmətində hərbçidir”.

Nurlan Quluzadə: “Atam Daxili İşlər Nazirliyində çalışır. Anam isə Neft Akademiyasını bitirib, amma ixtisası üzrə çalışmır. Müəllimə işləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam