Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanı qorxudacaq NATO silahları

 

  "Xeberinfo.com": ABŞ-ın ”The National Interest” jurnalı bu dəfə Rusiyanın qorxmalı olduğu NATO silahları haqda araşdırmasını təqdim edib. AzPolitika.info Maykl Pekin “Rusiyanın qorxmalı olduğu NATO-nun beş silah növü” adlı məqaləsinin tərcüməsini təqdim edir.

Nə zaman ki, söhbət Ukrayna və ya hər hansı başqa bir qaynar nöqtə üzündən NATO ilə Rusiya arasında baş velə biləcək müharibədən gedirsə, həmişə diqqətlər ABŞ və Rusiyanın döyüş potensialına tərəf yönəlir. Ancaq ABŞ NATO-nun yalnız bir üzvüdür və həm də ki, bu ölkə Avropa qitəsində yerləşmir. Belə bir ssenarinin baş tutması zamanı Rusiyanın qorxmalı olduğu beş silah növü ilə tanış olaq.

BÖYÜK BRİTANIYANIN “CHALLENGER 2” TANKI

Challenger2-IraqBirləşmiş Krallığın Avropa-Rusiya münaqişəsinə zirehli hərbi texnika ilə qoşulacağı halında Böyk Briyaniya tank qoşunlarının əsasını “Challenger-2” tankı təşkil edəcək. ”Challenger 2”, ”Doçestr” kod adlı möhkəm zireh qatı və 120 mm lüləli topla təchiz edilib. Onun sürəti çətin keçilə bilən ərazilərdə saatda 40 kilometrə çatır. Ən müasir tankların bir-biri ilə əsl döyüşə girişmədiyini nəzərə alsaq, ”Challenger 2”-nin rus tankları ilə qarşılaşacağı zaman özünü necə göstərəcəyini yalnız ağlımızda təsəvvür edə bilərik. Çəkisi 63 ton olan “Challenger 2”, Rus ordusunun döyüş arsenalındakı 40-50 tonluq “T-72”, ”T-72 B” və həmçinin “T-90” tanklarından ağırdır. Bu göstəricinin döyüş meydanında nə dərəcədə əhəmiyyətli olacağı hələlik bəlli deyil. Ancaq bir şey aydındır ki, əgər Britaniya və Rusiya qoşunları döyüşsələr, ruslara qarşı yaxşı silhlanmış və etibarlı zireh qatına malik ən müasir tank vuruşacaq. Lakin həmişə olduğu kimi, Britaniya ordusunun başlıca düşməni xəzinədir. Beləki, büdcənin azaldılması 2010-cu ildən Britaniyanı bu tankların sayını 40% azaltmağa məcbur edib. Nəticədə isə onların əlində yalnız 227 ədəd “Challencer 2” tankı var. Yenə də yekun olaraq bildirmək lazımdır ki, saylarının az olmasına baxmayaraq, rusların qorxulu və ölümsaçan Britaniya tankları ilə qarşılaşması onlar üçün xoşəgəlməz olacaq.

“212 LAYİHƏSI”-NDƏN OLAN ALMAN SUALTI QAYIQLARI

87620195Əgər dizel mühərrikli submarinlər (sualtı qayıqlar) Amerikan Hərbi Dəniz Qüvvələrini qorxuya salırsa, onda Rus donanması almanların xeyli az səs çıxaran “212 layıhəsi”ndən olan sualtı qayıqları ilə qətiyyən qarşılaşmaq istəməz. 1500 ton su basımı olan bu sualtı qayığın elektron membranlı hidrogen-oksigen yanacaq elementindən istifadə etməsi onların uzun müddət ərzində suyun altında qalmasına imkan yaradır. Əgər İkinci Dünya Müharibəsi zamanı alman sualtı qayıqları tısbağa sürəti ilə hərəkət edirdisə, ”212” submarınlərin su altında hazırkı sürəti 20 dəniz uzelı qədərdir (bir uzel=1,852 km). Həmin sualtı qayıqların döyüş təchizatına “D42A4” , “WASS 184” və həmçinin “Blacksshark” torpedoları daxildir. Bu submarınlərin torpedo aparatlarından buraxılan “İDAS” raketləri ilə də təchiz olunması planlaşdırılır. Həmin raketlər hava, yer və dəniz hədəflərinə qarşı istifadə edilmək üçün nəzərdə tutulur.
Hələlik alman sualtı qayıqlarının Rusiya ilə münaqişədə fəaliyyətlərinin nədən ibarət olacağı tam aydın deyil.Bəlkə Rusiyanın Krım və Ukraynadakı güc nümayışı yalnız Qara dəniz ilə məhdudlaşaraq Baltikaya qədər yayılmayacaq.Əgər Rusiya öz döyüş donanmasından istifadə etməklə Pribaltika ölkələrinə və ya Polşaya hücüm etmək iştahına düşərsə,onun “212 layihəsi” qayıqları ilə döyüşü qaçılmazdır.

“AVROQIRICI TYPHOON”

111NATO ilə Rusiyanın hava qüdrətinin müqayisəsi zamanı “bizim F-22-lər sizin Su-35-dən güclüdür”mübahisəsinin şahidi oluruq. ”F-22 Raptor”ların yalnız ABŞ silahlı qüvvələrinin tərkibində olması səbəbindən rus təyyarələri çox gümün ki, ilk növbədə “Raptor”larla deyil, ”Typhoon”larla döyüşməli olacaqlar. ”Typhoon” qırıcıları Almaniya, B.Britaniya, İtaliya və İspaniya hərbi arsenalında mövcuddur. ”Typhoon” radarlara az yaxalana bilmək xarakterinə malik olsa da, onun “F-22” lərə nisbətən daha çox qırıcı təyyarə olmaq özəlliyi var. ”Avroqırıcılar” 27 mm top, hava döyüşü üçün “Sidewinder”, ”AMRAAM”, ”Meteor” və “hava-yer” sinfindən olan “Taurus”, ”Shadow” raketləri ilə təchizatlanıblar. ”Avroqrıcıların” Rusiyanın yüksək manevr qabiliyyətinə malik “SU-35” tipli təyyarələri ilə döyüşü xeyli maraq doğurardı.

“TİGER” ZƏRBƏ VERTOLYOTU

ARH_Tiger“Avrovertolyot Tiger” Britaniyanın “AH-64” və Amerikan vertolyotlarından ölçülərinə və çəkisinə görə kiçikdir. Fransız-alman müştərək istehsalı olan bu vertolyotlar istifadə üçün 1991-ci ildən hərbi hissələlərə veilib. Onlardan Fransa, Almaniya, İtaliya və həmçinin də Avstraliya istifadə edir. Vertolyotun sürəti saatda 290 kilometrdir və onun müxtəlif modifikasiyaları “Helifire”, ”Spike”, ”PARS”, ”HOT-3”, “hava-hava Mistral” və idarəolunmayan “hava-yer” sinifindən raketlərlə təchiz edilib. ”Tiger”lər məhdud səviyyədə fransız və alman ordularında Əfqanıstan və Liviyada döyüş fəaliyyətlərinə qoşulub. Əgər NATO ilə Rusiya arasında müharibə başlayarsa, “Tiger” rus tanklarını izləyərək onları məhv edəcək.

İSRAİLİN “SPİKE” RAKETLƏRİ

SpikeNə üçün İsrail silahları NATO sistemlərinin siyahısına salınıb. Ona görə ki, ”Spike” raketləri Şimali Atlantika Alyansı üzvlərindən Belçika, Britaniya, Xorvatiya, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, Sloveniya və İspaniya ordularının silahları içərisində yer alıb. 14 kiloqramlıq “Spike”-lar tank əleyhinə raketdir. ”Spike” raketləri kiçik, orta və böyük məsafələr üçün nəzərdə tutulmuş müxtəlif modifikasiyalardan ibarətdir. ”Spike” raketləri 800 metrdən 8 kilometrədək uzaqlıqdakı hədəfləri vurmaq qabiliyyətinə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam