Milləti zəlil günə qoyanlar
"Xeberinfo.com": Mən inanmıram ki, bu gün hansısa ölkə vətəndaşı Azərbaycan səhiyyəsindən razılıq etsin, həkimlərin Hippokrat andına sədaqətindən ürək açıqlığı ilə danışsın. Bu mümkün də deyil. Ona görə ki, bu məmləkətdə insanlar işlərinin polisə və həkimə düşməyindən qorxduğu kimi heç nədən elə qorxmur. Hər iki sahədə o qədər haqsızlıq, insafsızlıq və qeyri- insani münasibət var ki,adamlar yönləri ora düşəndə ölümü gözünün önünə alır. Biri vətandaşın cibinə narkotik maddə qoyur, digəri isə alətlərini əməliyyar elədiyi xəstənin bədənində qoyur.
Həkimlərin qeyri- peşəkarlığındanmı, həkim andını unutduqlarındanmı və yaxud rüşvətsiz iş görə bilməməsindənmi xəstələri özlərindən narazı salır, müalicəni düzgün aparmayıb onları özlərinin müştətisinə çevirir. İnsan həyatıyla oynamaq, onları həmişəlik əlil və zəlil eləmək artıq onların həyat amalına çevrilib ki, ən azından bunu şərəfsizlik və ləyaqətsizlik kimi dəyərləndirmək olar.
N. Nərimanov rayonu H. Əliyev prospekti 80/1/4 ünvanında yaşayan Qoşqar Şükür oğlu Şəfiyevin bir gün dişi ağrıyır və o 8 saylı poliklinkadakı diş həkiminə müraciət edir. Həkim xəstəni müainə edir və əməliyyat olunmasını məsləhət görür.
Bundan sonra Qoşqar yaxşı həkim sorğusu ilə tanış- bilişə müraciət edir. Dostları ona məsləhət görürlər ki, Bakı şəhər baş səhiyyə idarəsinin "Kliniki Tibbi Mərkəzi"-nin üz-çənə cərrahiyə şöbəsində Tural Mirzəyev adlı həkim- cərrah var,onun yanına getsin. Dostlar onu da əlavə edirlər ki, bacarıqlı və təcürbəli cərahdır, hətta Moskvada işləyib. Dostlarının xeyir- duası ilə Qoşqar dayanmadan tibbi mərkəzə üs tutur. Xəstəxanada Turalın iş yoldaşları da onu xeyli tərifləyirlər.Həkimin yaxşı olduğuna tam əmin olan Qoşqar Tural həkimlə görüşür. Həkim onu müainə edir və "Sol tərəfli odonmagen haymorit, oronmal fustula" diaqnozunu qoyur. Əməliyyata ehriyacın olduğunu bildirir. Qoşqar uğurla əməliyyat olunur. Müalicəni davam etdirmək şərtiylə bir neçə gündən sonra evə buraxılır. Əməliyyatdan üç ay keçməmiş xəsdənin üz-gözü şişir. Ağrılara dözə bilməyən Qoşqar həkimə müracət edir. Həkim çıxış yolunu təkrar əməliyyatda görür. Əməliyyat zamanı tikişin altından bir topa tənzif çıxır.
Səhəti yaxşılaşan Qoşqarı Tural həkim yenidən dava- dərman yazıb evə buraxır. Yenə üç ay keçir. Qoşqarın vəziyyəti yenidən ağırlaşır. Vəziyyətin gərgin olduğunu görən həkim təmkinini pozmadan: atalar üçdən deyib.İnşallah bu dəfə son olar,-deyərək üçüncü dəfə bıçağa əl atır. Və bu dəfə də tikişin altına bir topa tənzif qoyub xəstəni evə yola salır.
Üç aydan sonra xəstənin üz-gözü yenidən şişir. Bu dəfə Qoşqar başqa bir ünvana- N.Nərimanov rayonu, Ə. Rəcəbli 19 k ünvanda yerləşən özəl "Lor hospital"a üz tutur. Dördüncü dəfə burda əməliyyat olunur. Bu dəfə bir topa tənzifi xəstənin əməliyyat olunan yerindən Tural həkim yox, başqa bir həkim çıxarır. Şükürlər olsun ki, zavallı Qoşqarın üzərində aparılan dördüncü əməliyyat sonuncu olur.Hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir narazılığı yoxdur.
Yazının sonunda dəyərli oxuculara onu da demək istəyirəm ki, Qoşqar dövlət müəssiəsində tibb bacıları istisna olmaqla, heç kimə pul verməyib.Amma hospitalda əməliyyat ona min manata başa gəlib. Burdan da belə nəticəyə gəlmək olar ki, pulun yoxsa sən əzablara və ölümə məhkumsan. Məhkumluğumuz mübarək!
Məhərrəm Şəmkirli