Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu -Pul veriləcək

Bir neçə gündür ki, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı məsələ gündəmdə müzakirə olunur.

Xeberinfo.com:  “Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələyə "Qaçqınkom" un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov aydınlıq gətirmişdi. O bildirmişdi ki, limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur.

Bu gün isə sözügedən sayta oxuculardan biri "Azərsu" ASC tərəfindən vurulmuş elanla bağlı müraciət edib. Elanda bildirilir ki, 2017- ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Su və kanalizasiya haqqının ödənilməsi bölməsi" üzrə Qaçqınların və Məcburi Köçüknlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişinin nəzərdə tutulmaması ilə əlaqədar 01.01.2017-ci il tarixindən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər( limitlər) ləğv edilib .

Məsələni aydınlaşdırmaq üçün "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlanılıb. A.Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: "Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı "Qaçqınkom" tərəfindən "Azərsu"ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri "Azərsu"ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir".

"Azəriqaz" Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də sayta açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: "Hazırda ödənişlər əvvəlki qaydada həyata keçirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam