Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zeytun və küknar ağacları məhv edilir -Yenə zeytunluq, yenə "vosmoy bazarı"... (FOTOLAR)

ZeytunluqPaytaxtın 8-ci kilometr qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə ağacların kütləvi qırılmasından şikayətçi olduğunu bildirib.

Xeberinfo.com:   Əməkdaşımız deyilən məkanda olub, nə baş verdiyini aydınlatmağa çalışıb.

“Vosmoy bazarı” kimi tanınan bazara bitişik, əsasən zeytun və küknar ağaclarından ibarət yaşıllığın ekskavator vasitəsi ilə kökündən çıxarılmasını kameranın yaddaşına da köçürə bilib.

Ərazidə yaşayan sakinlərdən biri  həmin ağacları 41 il əvvəl  şəxsən özünün əkdiyini bildirib. Əsasən qiymətli bitki sayılan zeytun ağaclarından ibarət yaşıllığın kim tərəfindən məhv edilməsi bilinməsə də orada işləyən ekskavatorun dövlət nömrə nişanının 90 T 880 olduğu aydın bilinirdi. Həm də sakinlərin dediyinə görə işlər əsasən gecələr görülür, ağaclar məhv edildikdən sonra üstü torpaqla basdırılır ki, sanki orada heç ağac olmayıb.

Sakinlər həmçinin, məsələ ilə bağlı bütün aidiyyatı qurumlara 200 nəfərdən artıq adamın imzası ilə müraciət göndərdiklərini də bildirib.

Təbii Sərvətlər və Ekologiyiya Nazirliyinin qaynar xəttinə edilən zəngə isə cavab verən olmayıb.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam