Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Tapşırıqda adı keçən Tağı Əhmədovu mətbuatdan tanımışam" -MTN generalı

 

tağı-akif

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub.

Yenixeber.org:   “Report”un məlumatına görə, cinayət işi üzrə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev şahid qismində ifadə verib.

 

T.Quliyev ibtidai istintaq zamanı dindirilməsində göstərib ki, 18 aprel 2015-ci il tarixində Məmməd Abbasbəylinin telefonlarına qulaq asılması tapşırığını alıb: “Bunun təşəbbüskarı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub. Həmin tapşırıq Antiterror Mərkəzinin rəisi Elçin Quliyev tərəfindən təsdiqlənib. Daha sonra nazirliyin sabiq rəhbəri tərəfindən tədbirin Monitorinq Mərkəzi tərəfindən keçirilməsinə icazə verilib. Müvafiq qaydada tapşırığın icrası həyata keçirilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlqar Əliyevə göndərilib”.

T.Quliyevin sözlərinə görə, o, M.Abbasbəylini tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb: “Daha sonra Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar Antiterror Mərkəzinin əməkdaşı İlkin Soltanov olub. Həmin tapşırıq isə Elçin Quliyev tərəfindən təsdiqlənib. Həmçinin Aydın Cəfərovun da telefonu Elçin Quliyevin tapşırığına əsasən dinlənilib. 2014-2015-ci illərdə MTN-in Monitorinq Mərkəzi tərəfindən icra edilmiş ümumilikdə 36 ədəd tapşırıq vərəqləri ilə tanış olmuşam”.

O söyləyib ki, tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanıyıb: “Onunla şəxsi münasibətim və görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib”.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam